BAKU Azərbaycan
5.03°C
  • USD
    1.7
  • EUR
    1.789
  • RUB
    1.5962
  • TRY
    0.049
  • GBP
    2.1577
15550

Azərbaycanda məhsul yığımından sonra təkrar əkinlərin aparılması ənənələri genişlənir.

“Report”un Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi məlumata görə, fermerlər faraş tərəvəz yığımı və taxıl biçinindən sonra payızlıq əkinlərə qədər ikinci məhsul əkini həyata keçirirlər. Təkrar əkinlər üçün əksər hallarda qarğıdalı bitkisinə üstünlük verilir.

Qarğıdalı əsasən arpa biçinindən sonra təkrar əkin üçün istifadə olunur. Bu il isə təkrar əkinlərə dövlət dəstəyinin miqyası genişlənib. Aqrar Subsidiya Şurasının qərarına əsasən, təkrar qarğıdalı əkini aparan fermerlərə hər hektara görə 86 manat subsidiya veriləcək. Bu, fermerlərə bir ildə ikinci dəfə subsidiya almaq imkanının tanınması deməkdir.

Təkrar əkinlərin həm məhsul artımı, həm də fermerlərin gəlirlərinin artması baxımından böyük əhəmiyyəti var. Bu sahəyə dövlət dəstəyinin artması fermerlərə ildə iki dəfə məhsul götürmək və torpaq resurslarından maksimum, səmərəli istifadə etmək imkanı verir. Təkrar qarğıdalı əkini həm də heyvandarlğın yem bazasının yaxşılaşdırılması baxımından əhəmiyyət kəsb edir.

Xatırladaq ki, fermerlər təkrar əkinlərə görə subsidiya almaq üçün öz əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməlidir. Subsidiya üçün elektron müraciətlərin müddəti avqustun 31-də başa çatır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Almaniya polisi ölkənin ən böyük qeyri-qanuni onlayn bazarını ləğv etdi

Britaniyada "Microsoft"a qarşı 1,27 milyard dollarlıq iddia qaldırıldı

"Reges Tikinti Materialları"na protokol irəli sürülüb

"İnter Service Group" şirkəti üçün 25 min manatlıq cərimə təhlükəsi

Çinin çip şirkətləri ABŞ-nin yeni ixrac məhdudiyyətlərinə qarşı nə edəcəklər? - "Reuters"

İcbari Sığorta Bürosu vətəndaşları daşınmaz əmlaklarını sığortalamağa çağırır

Varren Buffett mirası üçün detalları açıqladı - 1300 sözlük məktub, 150 milyard sərvət

Milyonluq tenderlərin qalibi olan "Buz Tech" məhkəmə qarşısında

"General Motors" ABŞ-dakı fabrikinin yeni alıcısını açıqlayıb

İki şirkət arasında daşıma mübahisəsi

"SpaceX" və "Netflix" yarışının son qalibi: "Netflix"

"Evtech Motors" gömrük qaydalarını pozmaqda ittiham edilir

Azərbaycanın qızıl və gümüş istesalındakı son durum

ABŞ-nin ən böyük özəl şirkəti minlərlə işçini ixtisar edir - "CNN"

Ən populyar internet brauzerləri açıqlandı - 66,31 faizlə lider...

Dünyanın borcu 320 trilyon dolları keçərək yeni rekord səviyyəyə çatıb - "Reuters"

Mərkəzi Bank bu şirkəti inzibati məsuliyyətə cəlb edib

İnvestisiya dələduzluğunun ən geniş yayılmış növləri

"Jaguar" çoxdan gözlənilən elektrik avtomobilini təqdim etdi (FOTO+VİDEO)

"BakıKart"ın problemi nə vaxt həll ediləcək? - Rəsmi AÇIQLAMA

Haqsız rəqabət aparan 5 sahibkara maliyyə sanksiyası tətbiq edildi

İnnovasiya və Təchizat Mərkəzi böyrək xəstələri üçün 1 milyon manatlıq dərman alır

Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata heyva satılır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata heyva satılır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Əli Əsədovdan ali təhsillə bağlı QƏRAR: Yeni ixtisaslar açıqlandı

ARDNF valyuta satışını 3 dəfəyə yaxın artırıb

Azərbaycanda virtual aktivlərin tənzimlənməsinə dair qanun layihəsi hazırlanır

Keçmiş deputat nazir müşaviri oldu

Keçmiş deputat nazir müşaviri oldu

Fransada taksi sürücüləri tibbi tariflərin azaldılmasına etiraz edir

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin