Təkrar qarğıdalı əkininə görə hər hektara veriləcək subsidiya açıqlandı
Ölkədə təkrar qarğıdalı əkini aparan fermerlərə hər hektara görə 86 manat subsidiya veriləcək.
Bu barədə Valyuta.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilir ki, bu, fermerlərə bir ildə ikinci dəfə subsidiya almaq imkanının tanınması deməkdir. Bu, Aqrar Subsidiya Şurasının qərarına əsasən təstiqlənib. Azərbaycanda məhsul yığımından sonra təkrar əkinlərin aparılması ənənələri genişlənir.
Fermerlər faraş tərəvəz yığımı və taxıl biçinindən sonra payızlıq əkinlərə qədər ikinci məhsul əkini həyata keçirirlər. Təkrar əkinlər üçün əksər hallarda qarğıdalı bitkisinə üstünlük verilir.
Qarğıdalı əsasən arpa biçinindən sonra təkrar əkin üçün istifadə olunur. Bu il isə təkrar əkinlərə dövlət dəstəyinin miqyası genişlənib.
Təkrar əkinlərin həm məhsul artımı, həm də fermerlərin gəlirlərinin artması baxımından böyük əhəmiyyəti var. Bu sahəyə dövlət dəstəyinin artması fermerlərə ildə iki dəfə məhsul götürmək və torpaq resurslarından maksimum, səmərəli istifadə etmək imkanı verir. Təkrar qarğıdalı əkini həm də heyvandarlğın yem bazasının yaxşılaşdırılması baxımından əhəmiyyət kəsb edir".
Nazirlikdən bildiriblər ki, fermerlər təkrar əkinlərə görə subsidiya almaq üçün öz əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməlidir. Subsidiya üçün elektron müraciətlərin müddəti avqustun 31-də başa çatır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay