Naxçıvanda əhaliyə təzə meyvə-tərəvəz təklif olunur
Kənd təsərrüfatının inkişaf etdirilməsi və bu sahədə mövcud problemlərin mütərəqqi həlli yollarının işlənib hazırlanması məqsədilə qəbul olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın uğurlu icrası muxtar respublika əhalisinin meyvə-tərəvəz məhsullarına olan tələbatını, əsasən, yerli istehsal hesabına ödənilməsini təmin edib.
Naxçıvan MR-nın İqtisadiyyat Nazirliyindən Valyuta.az verilən xəbərə görə, əhalinin payız-qış mövsümündə kənd təsərrüfatı məhsullarına olan tələbatının tam və dolğun şəkildə, ekoloji cəhətdən təmiz, yerli istehsal məhsulları ilə təmin olunmasında soyuducu anbar və istixana komplekslərinin rolunu xüsusilə vurğulamaq lazımdır.
Soyuducu anbarların yaradılması payız və qış dövründə istehlakçılara keyfiyyətli meyvə və tərəvəzin çatdırması ilə yanaşı ixracı da artırmağa imkan verir. Eyni zamanda bu anbarların hər biri yeni iş yerlərinin açılması deməkdir ki, bu da əhalinin məşğulluğunun təmin olunmasında öz əksini tapır.
Qeyd edək ki, soyuducu anbarlara, əsasən, muxtar respublikada yetişdirilən yerli meyvə-tərəvəz məhsulları tədarük olunduğundan aqrar sahənin inkişafına, istehsalçıların öz işini genişləndirməsinə böyük stimul yaratmaqdadır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay