BAKU Azərbaycan
5.03°C
  • USD
    1.7
  • EUR
    1.789
  • RUB
    1.5962
  • TRY
    0.049
  • GBP
    2.1577
15306

Bu ilin I yarısında Naxçıvan MR-da 339 hektar sahədə qapalı suvarma şəbəkəsinin, 3 200 hektar əkin sahəsini suvarma suyu ilə təmin edəcək yeni nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi davam etdirilib.

Valyuta.az xəbər verir ki, bu barədə muxtar respublikanın baş nazirinin I müavini Elşad Əliyev məlumat verib.

Onun sözlərinə görə, yarım il ərzində regionda süni mayalanma işi diqqətdə saxlanılıb, 7 100 baş ana mal və camış mayalandırılıb, 6 200 baş cins bala alınıb: 

“Arıçılığın inkişafı ilə bağlı işlər də görülüb, arı ailələrinin sayı 99 935-ə çatdırılıb. Tingçilik kompleksi və “İqlim otağı”nda bu ilin ötən dövründə 6 400 meyvə, 12 700 həmişəyaşıl ting, 8 400 bəzək və gül kolları yetişdirilib.

“Naxçıvan Aqrolizinq” ASC bu ilin I yarısında 261 texnika və texnoloji avadanlıq alıb, 243 texnika və 142 texnoloji avadanlıq lizinq yolu ilə mülkiyyətçilərə verilərək 840 min manat güzəşt tətbiq olunub. Cari ilin məhsulu üçün ötən ilin payızında və bu ilin yazında muxtar respublika üzrə 32 721 hektar sahədə taxıl əkini aparılıb”.

Onun sözlərinə görə, artıq Naxçıvanda 24 406 hektar sahənin taxılı biçilərək 76 109 ton məhsul toplanıb: 

“Hər hektarın orta məhsuldarlığı 31,2 sentnerdir. Bu il buğdanın hər kiloqramının 45, arpa və qarğıdalının isə hər kiloqramının 40 qəpikdən qəbulu həyata keçirilir. 2021-ci ildə muxtar respublikada 26 379 hektar sahədə isə yazlıq əkin keçirilib, kənd təsərrüfatının inkişafı ilə bağlı banklar və bank olmayan kredit təşkilatları 7,265 milyon manat kredit verib, məhsul istehsalçıları 7 542 ton mineral gübrə ilə təmin olunub. Bu ilin ötən dövründə şənbə, bazar, Novruz bayramı günlərində kənd təsərrüfatı və 22-23 may tarixlərində keçirilən Göycə məhsullarının satışı yarmarkalarında 3,2 milyon manatlıq 3 min ton kənd təsərrüfatı məhsulu satılıb”.

E.Əliyev, 2021-ci ilin ötən dövründə muxtar respublikada diri çəkidə 13 081 ton ət, 51 138 ton süd, 871 ton yun, 62,972 milyon yumurta istehsal edildiyini diqqətə çatdırıb:

“Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,3%, süd istehsalı 1,8%, yun istehsalı 1,4%, yumurta istehsalı 13,9% artıb. 2021-ci ilin ötən dövründə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 145,684 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3% çoxdur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Almaniya polisi ölkənin ən böyük qeyri-qanuni onlayn bazarını ləğv etdi

Britaniyada "Microsoft"a qarşı 1,27 milyard dollarlıq iddia qaldırıldı

"Reges Tikinti Materialları"na protokol irəli sürülüb

"İnter Service Group" şirkəti üçün 25 min manatlıq cərimə təhlükəsi

Çinin çip şirkətləri ABŞ-nin yeni ixrac məhdudiyyətlərinə qarşı nə edəcəklər? - "Reuters"

İcbari Sığorta Bürosu vətəndaşları daşınmaz əmlaklarını sığortalamağa çağırır

Varren Buffett mirası üçün detalları açıqladı - 1300 sözlük məktub, 150 milyard sərvət

Milyonluq tenderlərin qalibi olan "Buz Tech" məhkəmə qarşısında

"General Motors" ABŞ-dakı fabrikinin yeni alıcısını açıqlayıb

İki şirkət arasında daşıma mübahisəsi

"SpaceX" və "Netflix" yarışının son qalibi: "Netflix"

"Evtech Motors" gömrük qaydalarını pozmaqda ittiham edilir

Azərbaycanın qızıl və gümüş istesalındakı son durum

ABŞ-nin ən böyük özəl şirkəti minlərlə işçini ixtisar edir - "CNN"

Ən populyar internet brauzerləri açıqlandı - 66,31 faizlə lider...

Dünyanın borcu 320 trilyon dolları keçərək yeni rekord səviyyəyə çatıb - "Reuters"

Mərkəzi Bank bu şirkəti inzibati məsuliyyətə cəlb edib

İnvestisiya dələduzluğunun ən geniş yayılmış növləri

"Jaguar" çoxdan gözlənilən elektrik avtomobilini təqdim etdi (FOTO+VİDEO)

"BakıKart"ın problemi nə vaxt həll ediləcək? - Rəsmi AÇIQLAMA

Haqsız rəqabət aparan 5 sahibkara maliyyə sanksiyası tətbiq edildi

İnnovasiya və Təchizat Mərkəzi böyrək xəstələri üçün 1 milyon manatlıq dərman alır

Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata heyva satılır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata heyva satılır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Əli Əsədovdan ali təhsillə bağlı QƏRAR: Yeni ixtisaslar açıqlandı

ARDNF valyuta satışını 3 dəfəyə yaxın artırıb

Azərbaycanda virtual aktivlərin tənzimlənməsinə dair qanun layihəsi hazırlanır

Keçmiş deputat nazir müşaviri oldu

Keçmiş deputat nazir müşaviri oldu

Fransada taksi sürücüləri tibbi tariflərin azaldılmasına etiraz edir

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin