Qarabağlı fermerlər bu il rekord məhsul götürür (FOTO/VİDEO)
Ölkə üzrə taxıl sahələrində biçin prosesi davam edir. Artıq ümumi taxıl sahələrinin 2/3 hissəsində biçin yekunlaşıb. Taxıl üzrə orta məhsuldarlıq hər hektardan 32 sentnerə çatır, biçinin yekununda bu rəqəmin yüksələcəyi gözlənilir.
Valyuta.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin prosesə nəzarət edən şöbə müdiri Vüqar Hüseynov Trend.az-a biçinlə bağlı açıqlama verib.
V.Hüseynov bildirib ki, biçinin mütəşəkkil təşkili, texnikaya olan tələbatın dərhal ödənilməsi üçün nazirlikdə operativ qərargah yaradılıb. Qərargah üzvləri rayonlarda biçin prosesinin monitorinqini aparırlar.
Nazirlik rəsmisinin sözlərinə görə, artıq Azərbaycanda fərdi təsərrüfatlarda hər hektardan 60 sentnerdən artıq məhsul götürmək illüziya deyil. Bir çox təsərrüfatlarda fermerlər bu il çox yüksək məhsul əldə ediblər.
Uzun illər Bərdə rayonunda taxıl əkən fermer Saleh Qasımov da bu mövsüm yüksək məhsul götürüb. O məhsuldarlığı doğru toxum seçimi və düzgün aqrotexniki qulluqla əsaslandırır.
Qeyd edək ki, hazırda Azərbaycanda taxıl sahələrinin 64 faizində biçin başa çatıb. Sahələrdən 2 milyon tondan çox məhsul yığılıb. Kənd Təsərrüfatı Nazirliyi biçin prosesini optimal müddətdə başa çatdırmağı nəzərdə tutur.
Videoreportajı təqdim edirik:
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay