Bu il Bakı Limanında 1 milyon ton gübrə aşırılacaq
"Orta Asiya ölkələrinin gübrə ixracı ilə bağlı böyük istehsal potensialı var. Hazırda isə yalnız Türkmənistan gübrəsi Azərbaycan üzərindən digər ölkələrə göndərilir".
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin departament rəisi Xudayar Həsənli bildirib.
"Gələcəkdə digər Orta Asiya ölkələrinin də ixrac potensialından istifadə edilməsi nəzərdə tutulur. Yəni digər ölkələrin gübrələri də Azərbaycan üzərindən Qərbə daşına bilər. Ötən il Bakı Limanında 630 ton gübrə aşırmışıq. Bu ilin yanvar-may aylarında isə bu rəqəm 456 min tona yaxın olub və ilin sonuna qədər 1 milyon tona çatacağı gözlənilir”, - deyə o, qeyd edib.
X.Həsənli limanda inşası nəzərdə tutulan gübrə terminalı barədə də danışıb:
"Limanda gübrə aşırılmasında davamlı artım müşahidə edildiyinə görə, terminalın inşa edilməsi planlaşdırılır. Bu terminal illik 2,5 milyon ton aşırma potensialına malik olacaq, gələn ilin sonunda istifadəyə veriləcək və bizə yükləri daha sürətli və çevik aşırmaq imkanı yaradacaq”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay