Bu il Azərbaycanda çayın idxalında kəskin artdı - DGK
Bu ilin yanvar-may ayları ərzində Azərbaycan ümumi dəyəri 3 684,85 min ABŞ dolları dəyərində 481,58 ton çay ixrac edib.
Dövlət Gömrük Komitəsindən Valyuta.az-a verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk beş ayında ölkədən ixrac edilən çayın dəyəri 11,1%, həcmi isə 22,7% azalıb.
Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,05%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,41%-ə bərabər olub.
Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 22 945,32 min dollar dəyərində 5 760,55 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının dəyəri 13,1%, həcmi isə 6,7% artıb.
Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,52% təşkil edib.
Cari ilin yanvar-may aylarında (ötən ilin eyni göstəricisi ilə müqayisədə) ölkənin çay idxalı ixracı dəyər ifadəsində 6,2 dəfə, həcm ifadəsində isə 12 dəfəyədək üstələyib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay