Azərbaycan karbamid ixracını 4 dəfədən çox azaldıb
Bu ilin yanvar-may ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 12 min 493,6 ton azot gübrəsi ixrac edib.
Bu barədə Valyuta.az-a Dövlət Gömrük Komitəsindən xəbər verilib.
Belə ki, bu ilin beş ayında həyata keçirilən ixracın dəyəri 2,203 milyon ABŞ dolları təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,162 milyon ABŞ dolları (3,3 dəfə) və 37 min 945 ton (4,04 dəfə) azdır.
Hesabat dövründə azot gübrəsi qeyri-neft sektoru üzrə ixracda 0,24 % paya malik olub.
Azot gübrəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay