Azərbaycan traktor istehsalını artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda 239 traktor istehsal olunub ki, bu da illik müqayisədə 2,3 dəfə çoxdur.
Dövlət Statistika Komitəsindən Valyuta.az-a verilən məlumata görə, təkcə may ayında 77 vahid sözügedən texnikadan buraxılıb ki, bu da aprel ayı ilə müqayisədə 6,9% çoxdur. İyunun 1-nə hazır məhsul ehtiyatı 70 traktor təşkil edib.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda 300 traktor istehsal olunub, bu da illik müqayisədə 66,9% azdır.
Ölkədə traktorların istehsalı ötən ilin may ayından etibarən dayandırılmışdı və yalnız avqustda bərpa olunaraq dekabrda qədər davam edib və bu ilin fevralından yenidə bərpa olunub.
Xatırladaq ki, 2020-ci il ərzində Azərbaycan xaricdən 44,458 mln. ABŞ dolları (75,579 mln. manat) dəyərində 1 986 vahid müxtəlif növ traktor idxal edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay