BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.8255
  • RUB
    0.0174
  • TRY
    0.0497
  • GBP
    2.1967
13144

“Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi – HAZER” layihəsi çərçivəsində yaradılan Milli Texniki Komitənin ikinci onlayn tədbiri keçirilib.


Valyuta.az “Report”a istinadən xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO ) Azərbaycandakı nümayəndəliyindən bildirilib.

Məlumata görə, tədbir Kənd Təsərrüfatı Nazirliyi nümayəndələrini, digər dövlət agentlikləri və hökumət nümayəndələri, beynəlxalq qurumlardan olan nümayəndələri o cümlədən özəl sektor və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının mütəxəssislərini bir araya gətirib.
Milli Texniki Komitə kiçik fermerlərə diqqət yetirməklə Azərbaycanda fındıq istehsalını və keyfiyyətini yaxşılaşdırmaq məqsədilə yaradılıb. Komitə dövlət sektorunu, o cümlədən yeni yaradılmış hökumət qurumlarını və özəl sektoru təmsil edir.


Görüşdə layihənin Çoxillik Əkinçilik Sistemləri üzrə beynəlxalq mütəxəssisi Uygun Aksoy tərəfindən “Mərmər Bağacığı böcəkləri və fındıq bağları üçün mənfi təsirləri” və “Aflatoksinlər və aflatoksinlə çirklənməyə qarşı mübarizə tədbirləri” mövzularında təqdimat edilmiş və müzakirələr aparılıb.


Layihə FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FATP) çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə həyata keçirilir.


Qeyd edək ki, layihə Azərbaycanın şimal-qərb və şimal-şərq regionlarında (əsas fındıqçılıq rayonları –Balakən, Qax, Zaqatala, Xaçmaz) həyata keçirilir. Layihənin əsas məqsədi mexanikləşdirmə texnologiyalarından istifadə etməklə fındıq istehsalının effektivliyini artırmaq və aflatoksin maddəsinin mövcudluğu riskinin azaldılmasına xüsusi diqqət yetirməklə, istehsal edilmiş fındığın keyfiyyətini yüksəltmək üçün kiçik fermerlərə qabaqcıl kənd təsərrüfatı təcrübələrini tətbiq etmək imkanı yaratmaqdır. Layihə yeni yaradılmış hökumət institutları və dövlət qurumlarının özəl sektor iştirakçıları ilə əlaqələrin qurulması imkanlarını genişləndirilməsini hədəfləyir.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yaxşı işçilərə məxsus xüsusiyyətlər - SƏHƏR OXUSU

Baydendən Trampa "miras" - 1 ayda 257 milyardlıq büdcə kəsiri

"Nokia" vaxtilə 1 milyard dollar dəyərində olan "Rapid" şirkətini satın alıb

2024-cü ildə texnologiya sahəsində aparılan ixtisarların siyahısı

Çinin daha bir böyük şirkəti ödənişləri "Bitcoin" ilə qəbul edəcəyini açıqladı

Gürcüstanın xarici ticarət dövriyyəsi 10 ayda 19 milyard dolları ötüb

"İş dünyasının ən güclü 100 insanı" açıqlandı - "Fortune" jurnalı

"Nvidia App" "Beta" mərhələsindən uğurla çıxaraq ümumi istifadəyə verildi - Yeni xüsusiyyətləri

İran və Rusiyadan ödəniş sistemlərini birləşdirmək qərarı

İran və Rusiyadan ödəniş sistemlərini birləşdirmək qərarı

"Apple"dan yeni süni intellekt dəstəkli "ağıllı ev" planşeti - Detallar və qiyməti

Tramp və Bayden Ağ Evdə görüşüb - FOTO

GM yarım milyona yaxın avtomobili geri çağıracaq

"Bitkoin"də yeni rekord: 91.000 dolları keçdi

“Kapital Bank” COP29-da iştirakını davam etdirir®

ABŞ-da inflyasiya göstəriciləri açıqlandı

"Tesla" "Cybertruck"ı bu il altıncı dəfə geri çağırır

Rusiyada "ölülərlə" kredit müqaviləsi bağlayıb milyonlarla pul ələ keçirildi

"Avro bölgəsi"ndə investor etimadı azalıb - Son rəqəmlər

"Avro bölgəsi"ndə investor etimadı azalıb - Son rəqəmlər

Nazir: Yaxın günlərdə “yaşıl inkişaf” portalı istifadəyə veriləcək

COP29-un ikinci günü üçün sərnişindaşıma sayı açıqlanıb

Azərbaycan yeni metro stansiyaları tikmək üçün xaricdən kredit ala bilər

Rusiya milyarderləri narahatdır - Müharibə dayansa da, sanksiyalar aradan qaldırılmayacaq

Məşhur kriptovalyuta birjası 12 yeni altkoin əlavə edəcəyini açıqladı - SİYAHI

Bakıda bir sıra marşrut xətlərinin fəaliyyəti bərpa edilir

İlham Əliyev və Şavkat Mirziyoyev Xankəndidə tikiş fabrikinin açılışında iştirak ediblər

İlham Əliyev Toqo Prezidenti ilə görüşüb

Məşhur Quba alması dəyərdən düşüb: "Hər hektardan 3-4 min manat ziyandayıq"

Bakıda şəhərsalma sahəsinə cavabdeh nazirlərin iclası təşkil ediləcək

“Bakıda yerüstü relsli nəqliyyat ola bilər”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin