Aqrar
26.05.2021 / 10:22
“Aqrar Tədarük və Təchizat” sığortaçı seçir
12798
Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC nəqliyyat vasitələrinin 1 illik könüllü (KASKO) sığortası üçün təkliflər sorğusu elan edib.
Valyuta.az xəbər verir ki, cəmiyyət sorğuda iştirak etmək istəyənlərə müraciət edib.
Bildirilir ki, müraciət etmək istəyənlər təkliflərini iyunun 3-ü, saat 18:00-a qədər səhmdar cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 1/3 ünvanına təqdim edə bilərlər. ASC onlar üçün telefon nömrəsini də ((012) 599-86-74) qeyd edib.
Təkliflərə iyunun 3-də, saat 18:00-da qeyd olunan ünvanda baxılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay