Aqrar
07.05.2021 / 15:47
ƏƏSMN aqrar məhsullar üçün 40,4 milyon manat xərcləyəcək - TENDER
12123
Dövlət Məşğulluq Agentliyi “Aqri Kon” QSC və “Agro Best” QSC konsorsiumundan özünüməşğulluq tədbirlərini həyata keçirmək məqsədilə respublikanın rayonları üzrə əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı malları satın alacaq.
Valyuta.az xəbər verir ki, www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, konsorsiumla 40 milyon 399,28 min manatlıq müqavilə bağlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 2021-ci ildə özünüməşğulluq proqramına cəlb edilən ailələrin sayının 16 minə (2020-ci ildə 12 min) çatdırılması nəzərdə tutulur.
2021-ci ildə özünüməşğulluq tədbirlərinin təşkili xərcləri 68 milyon 774,2 min manat məbləğində nəzərdə tutulub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay