Aqrar
29.04.2021 / 14:14
Heyvanların peyvənd edilməsi ilə bağlı haqq müəyyənləşdiriləcək - Qanun
11669
Dövlət sifarişi ilə heyvanların planlı profilaktik və məcburi peyvənd edilməsi ilə bağlı həyata keçirilən baytarlıq xidmətlərinə görə alınan xidmət haqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu, "Baytarlıq haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Başqa sözlə, dəyişiklik heyvanların dövlət sifarişi ilə heyvanların planlı profilaktik və məcburi peyvənd edilməsi ilə bağlı həyata keçirilən baytarlıq xidmətlərinə görə haqların müəyyən edilməsinə hüquqi əsas yaradacaq.
Layihə Milli Məclisin Aqrar siyasət komitəsi bu gün keçirilən iclasında müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay