Pambıq əkilən sahə azalıb, məhsul isə artıb - EKSPERT
"Son 4 ildə Azərbaycanda 51 min hektar sahədə pambıq əkilib, 90 min tona yaxın məhsul götürülüb. Bu, 2015-ci illə müqayisədə 3 dəfə çoxdur".
Valyuta.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu iqtisadçı Pərviz Heydərov deyib.
Ekspert qeyd edib ki, Prezident İlham Əliyevin pambıqçılığa diqqət ayırması ilə cəmi iki il ərzində bu sahədə dönüş yarandı:
“2016-cı ildə bütün güclər səfərbər edildi. Texnika alındı, dövlət dəstəyi göstərildi, meliorasiya işləri aparıldı. Nəticədə 51 min hektar sahədə pambıq əkildi və 90 min tona yaxın məhsul götürüldü. Bu da 2015-ci illə müqayisədə 3 dəfə çoxdur".
Analitik deyir ki, bu, qarşıya məqsəd qoyulanda, hər şeyə nail olmağın mümkünlüyünün göstərcisidir:
"Rəqəmlərə diqqət yetirək. 2015-ci ildə cəmi 18 min 700 hektar sahə pambıq əkilmiş, nəticədə 35 min ton məhsul götürülmüşdü. 2016-cı ildə 51 min hektarda pambıq əkilmişdi, cəmi 90 min ton məhsul götürülmüşdü. 2017-ci ildə isə 136 min hektar sahəyə pambıq toxumu səpilməklə (3 dəfədən çox sahəyə) 207 min ton məhsul götürüldü. 2018-ci ildə isə 132 min hektarda pambıq əkilsə də, 233 min ton məhsul tədarük edildi. 2019-cu ildə isə 100 min hektar əkilməklə 294 min ton məhsul götürülüb.
Nəticənin necə intensiv olduğu göz qarşısındadır. Əkilən sahə azalıb, məhsul həcmi isə artıb. Hektarda məhsuldarlıq 2015-ci ildəki 18,8 sentnerdən 30 sentrə yaxınlaşıb. Cəmi 4 il ərzində... Buna asanlıqla nail olunmayıb".
Pərviz Heydərov dövlət başçısının Hacıqabula səfərindən bəzi məqamlara da diqqət çəkib:
"Pambıqçılıqda əvvəlki illərlə məhsuldarlığı müqayisə edən Prezident İlham Əliyev Hacıqabulda dedi ki, 6 il bundan əvvəl bu məsələ ilə maraqlandıqdada pambıqçılıq demək olar ki, batırdı, cəmi 30-35 min ton yığılmışdı. Keçən il isə, yəni 2020-ci ildə 336 min ton, 10 dəfə çox məhsul götürülüb.
Ümumiyyətlə, ölkədə pambıqçılıq sahəsində son 6 ildə çox böyük nəticələr əldə olunub. Bunda Azərbaycanda pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı da mühüm rol oynayır. Sözügedən sənədin girişində yazılıb ki, Azərbaycanda pambıq istehsalı üçün əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğu, emal sənayesinin xammala tələbatının yerli istehsal hesabına ödənilməsi imkanları, həmçinin pambıq və ondan hazırlanmış son məhsullar üzrə ixrac potensialı pambıqçılığın daha da inkişaf etdirilməsini zərurətə çevirir.
Məhz buna görə ölkədə pambıqçılığın inkişafına əlverişli şəraitin yaradılması aqrar siyasətin prioritet vəzifələrindən biri kimi müəyyən edilib".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay