Yevlaxda mexanizatorlara ödənişsiz təlim keçirilir
2021-ci il taxıl biçininə hazırlıqla bağlı biçini həyata keçirən mexanizatorlara təlimlər davam etdirilir. İndiyə qədər New Holland TC 4.90, New Holland TC 5.90 Hillside kombayn mexanizatorları üçün təlimlər keçirilib.
“Aqroservis” ASC-dən Valyuta.az-a bildirilib ki, aprelin 16-dan etibarən isə tərəfindən Yevlax regional təlim tədris mərkəzində Sampo kombaynları üzrə daha 115 mexanizator təlimlərə cəlb olunub. Təlimlər 1 həftə davam edəcək.
Təlimlərin keçirilməsində əsas məqsəd cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi, texnikaların mexanizatorlar tərəfindən düzgün idarə edilməsinə nail olmaq, onların kombyanlara düzgün texniki xidmətin göstərilməsi, istismar zamanı baş verə biləcək nasazlığın aradan qaldırılması və təhlükəzlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı bilik və bacarıqlarını artırmaqdır.
Təlimlər istehsalçı zavoddan dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislər və “Aqroservis” ASC-nin müəllim heyəti tərəfindən video görüntü və əyani vasitələrdən istifadə edilməklə interaktiv formada təşkil olunur. Mexnizatorlara kombaynın idarə edilməsi, təmir işlərinin aparılma qaydaları əyani nümayiş etdirilir. Təlimlərdə karantin rejiminin tələblərinə ciddi əməl olunur.
Qeyd edək ki, sertifikatı olmayan mexanizatorlarla “Aqroservis” ASC tərəfindən operativ lizinq müqaviləsi bağlanılmayacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay