BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
10998

2020-ci ilin birinci rübündə 33 min tona yaxın pomidor satan Azərbaycan bu ilin birinci rübündə 26 min ton ixrac həyata keçirə bilib. 

Valyuta.az Sfera.az-a istinadən xəbər verir ki, miqdar ifadəsində pomidor satışının azalması ixracdan əldə edilən gəlirlərə mənfi təsir göstərib. Belə ki, ötən ilin birinci rübündə pomidor ixracından 44 milyon dollar qazandığımız halda, bu ilin ilk rübündə 21,3 milyon dollar gəlir əldə etmişik. 

Pomidor ixracının dəyər ifadəsində kəskin azalmasına satdığımız pomidorun ucuzlaşması da təsir göstərib. Ötən ilin birinci rübündə bir ton pomidorun satış qiyməti orta hesabla 1341 dollar olmuşdusa, bu ilin eyni dövründə 1092 dollara düşüb. 

Pomidor ixracının kəskin azalmasının nəticəsində ölkəmizdən tərəvəz ixracı kəskin azalıb və bununla əlaqədar olaraq ümumən kənd təsərrüfatı məhsullarının ixracında azalma riski yaranıb. Lakin meyvə və pambıq ixracında qeydə alınan kəskin artım hesabına kənd təsərrüfatı məhsullarının ixrac dəyəri nəinki azalmayıb, əksinə 5 faiz artıb. 

Bu il xaricə satılan meyvənin də qiyməti xeyli aşağı düşüb. Ötən ilin birinci yarısında meyvənin bir tonu orta hesabla 1400 dollar olduğu halda bu il orta qiymət 1105 dollara qədər geriləyib. Buna baxmayaraq ixrac edilən meyvənin miqdarının 42 faiz artaraq 63,7 min tona çatması ümumi ixrac dəyərinin 62,9 min tondan 70,4 min tona yüksəlməsinə imkan yaradıb. Dəyər ifadəsində meyvə ixracı 12 faiz artıb.

Bu il pambıq mahlıcı ixracında da kəskin artım baş verib. Cari dövrdə 68,6 milyon dollar dəyərində 46,1 min ton pambıq mahlıcı satılıb. Ötən ilin birinci rübündə 42,8 milyon dollar dəyərində 29,7 min ton mahlıc satılmışdı. 2021-ci ildə pambıq mahlıcı ixracı miqdar ifadəsində 55,3 faiz, dəyər ifadəsində 60,2 faiz artıb. 

Beləliklə, bu ilin birinci rübündə pomidor ixracının kəskin azalması tərəvəz ixracının kəskin azalmasına səbəb olsa da, meyvə və pambıq ixracının artması hesabına kənd təsərrüfatı mallarının ixrac göstəriciləri yaxşılaşıb. Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına əsasən, kənd təsərrüfatı mallarının ixrac dəyəri 5 faiz artaraq 170,3 milyon dollara yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"ƏLİ-TEKSTİL"ə protokol tərtib olundu

Dünyada torpağın deqradasiyası hər il 1 milyon kvadrat kilometr artır

Möhtəşəm mənzərələr və orta əsr evləri - Avropada mükəmməl səyahət üçün bir ada...

Sinqapur Mərkəzi Bankı "JPMorgan"ı 2,4 milyon cərimələyib

Süni intellektlə ölüm gününüzü proqnozlaşdıran yeni tətbiq

Vəzifə eyni, maaşlar fərqli - "Disney"də gender qalmaqalı

Yeni tendensiya: 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxacaq

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin