Bərdədə dərman mağazasında vaxtı bitmiş pestisidlər aşka olunub - AQTA
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndi, Təzə bazar ərazisində yerləşən, fiziki şəxs Əliyev İmaməddin Məhərrəm oğluna məxsus bitki dərmanları və toxumları mağazasında yoxlama keçirilib.
AQTA-dan Valyuta.az-a bildirilib ki, yoxlama zamanı mağazada məhsulların saxlanma qaydasına əməl olunmadığı, bəzi toxumların üzərində mənşəyi, istehsal və son istifadə tarixlərinin əks olunmadığı aşkar olunub.
Eyni zamanda, yararlıq müddəti bitmiş pestisid və toxumların geri qaytarılmasını təsdiq edən sənədlərin mövcud olmadığı məlum olub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay