Başlayacaq əməkdaşlıq gələcək əlaqələrin inkişafına böyük səmərə verəcək - Ukraynalı nazir
“Odessa Dövlət Aqrar Universiteti ilə başlayacaq əməkdaşlıq gələcək əlaqələrin inkişafına böyük səmərə verəcək”.
Valyuta.az xəbər verir ki, bunu Ukraynanın infrastruktur naziri Vladislav Krikliya, Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovla görüşündə səsləndirib.
Qeyd edək ki, Vladislav Krikliya bu gün rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub və ADAU barədə təəsüratlarının müsbət olduğunu dilə gətirib.
İbrahim Cəfərov qonaqlara təhsil müəssisəsinin maddi-texniki bazası, beynəlxalq əlaqələri, ikili diplom proqramları barədə ətraflı məlumat verib.
Görüşə onlayn formatda qoşulan Odessa Dövlət Aqrar Universitetinin rektoru, baytarlıq elmləri doktoru, professor Mixayıl Broşkov təhsil müəssissələri arasında əməkdaşlıq imkanlar barəsində məlumat verib, ADAU ilə yaxın əlaqələr qurmaqda maraqlı olduqlarını bildirib.
Görüşdə nazir Vladislav Krikliyanın iştirakı ilə ADAU ilə ODAU mütəxəssis, müəllim və tələbə mübadiləsi, qarşılıqlı dərsliklərin yazılması, ixtisaslaşmış şuraların yaradılması barəsində əməkdaşlıq memorandumu imzalanıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay