Qanunsuz işləyən heyvan kəsim məntəqəsi bağlanıb – MİNGƏÇEVİRDƏ
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Mingəçevir şəhəri, F. Əzimov küçəsində yerləşən fiziki şəxs Cabbarov Elşən Xalid oğluna məxsus heyvan kəsim məntəqəsində yoxlama keçirilib.
AQTA-dan Valyuta.az-a bildirilib ki, yoxlama zamanı məntəqədə baytarlıq-sanitariya və sanitar-gigiyena qaydalarına əməl olunmadığı, həmçinin girişdə dezbaryerin yerləşdirilmədiyi, istifadə olunan alət və ləvazimatların vaxtı-vaxtında yuyulub dezinfeksiya edilmədiyi, tullantıların məntəqə ərazisində açıq şəkildə saxlandığı və digər texniki normativ hüquqi aktların tələblərinə zidd olan nöqsanlar aşkar edilib.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq kəsim məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb.
Araşdırmalar davam etdirilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay