Aqrar
08.04.2021 / 12:27
Rusiya Türkiyədən pomidor idxalı üçün kvotanı artıracaq
10492
Rusiya Türkiyədən pomidorun idxalının həcminə tətbiq etdiyi illik kvotanı daha 50 min ton və ya 20 % artıraraq 250 min tondan 300 min tona çatdırmağı təklif edib.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya hokuməti məlumat yayıb.
Xatırladaq ki, Rusiya 2015-ci ildə iki ölkə arasında yaranmış siyasi böhrandan sonra Türkiyə pomidoruna qarşı embarqo tətbiq etmişdi. 2017-ci ildə embarqo götürülsə də, 100 min tonluq kvota tətbiq edilmiş, sonradan bu rəqəm 200 min tona, ötən ilin dekabr ayında isə 250 min tona çatdırılmışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay