Kombayn mexanizatorlarına ödənişsiz təlimlər keçirilib - FOTO
“Aqroservis” ASC-nin Yevlax regional nümayəndəliyinin nəzdində fəaliyyət göstərən təlim-tədris mərkəzində kombayn mexanizatorlarına ödənişsiz təlimlər keçirilib.
Cəmiyyətdən Valyuta.az-a verilən xəbərə görə, cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi məqsədilə təşkil olunan təlimlərə “New Holland TC 4.90” markalı taxılyığan kombaynları idarə edəcək 90 mexanizator cəlb edilib.
Təlimlərdə mexanizatorlara kombaynların idarə edilməsi, düzgün texniki xidmətin göstərilməsi, texnikaların nizamlanması işləri, istismar zamanı baş verə biləcək nasazlığın aradan qaldırılması və təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı ətraflı məlumat verilib.
Təlimlər istehsalçı zavoddan dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislər və “Aqroservis” ASC-nin nümayəndə heyəti tərəfindən video görüntü və əyani vasitələrdən istifadə edilməklə interaktiv formada təşkil olunub. Mexnizatorlara kombaynın idarə edilməsi, təmir işlərinin aparılma qaydaları əyani nümayiş etdirilib.
Təlimdən sonra imtahandan keçən hər bir mexanizatora (operatora) sertifikat təqdim edilir. Qeyd edək ki, sertifikatı olmayan mexanizatorlarla “Aqroservis” ASC tərəfindən operativ lizinq müqaviləsi bağlanılmayacaq.
Qeyd edək ki, 25-31 mart tarixlərində baş tutan təlimlərdə karantin rejiminin tələblərinə ciddi əməl olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay