BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
47102

Yanğından mühafizə fəaliyyəti üzrə çalışan bəzi müəssisələrin lisenziyaları ləğv olunub.

Valyuta.az xəbər verir ki bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Xidmət tərəfindən yanğından mühafizə fəaliyyəti sahəsində müvafiq lisenziya almış müəssisələrdə lisenziyanın şərtlərinə riayət olunması, həmçinin müəssisələrin gördüyü işlər və göstərdiyi xidmətlərlə bağlı mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir.

Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış planlı yoxlamalar zamanı “Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri”, eləcə də “Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası” fəaliyyət növləri üzrə lisenziyaya malik “Con-Sol Group” və “Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri” fəaliyyət növü üzrə lisenziyaya malik “Prokon” Məhdud Məsuliyyətli cəmiyyətlərinin qeyd olunan fəaliyyət növləri üzrə lisenziyaların şərtlərinə əməl etmədiyi aşkar olunub.

Belə ki, keçirilmiş yoxlamalar zamanı müəyyən edilib ki, sözügedən müəssisələr fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq qanunvericiliyin tələblərinə uyğun müvafiq ixtisasa malik mütəxəssislərlə və işçi heyətlə, istifadə olunacaq avadanlıqlarla, eləcə də müvafiq işləri aparmaq üçün maddi-texniki baza ilə təmin olunmayıb.

Qeyd edək ki, fəaliyyətlərində ciddi qanun pozuntuları aşkar olunan yanğından mühafizə fəaliyyəti üzrə lisenziyaya malik belə müəssisələr tərəfindən görüləcək işlərin və göstəriləcək xidmətlərin baş verə biləcək yanğınların söndürülməsi işində qeyri-effektivliyi şübhə doğurmur ki, bu da öz növbəsində baş verə biləcək yanğınlar zamanı insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaradır.

Nəticədə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü bəndinə əsasən, aidiyyəti üzrə qaldırılmış vəsatətlər nəticəsində yanğından mühafizə fəaliyyəti üzrə lisenziyanın şərtlərinə riayət etməyən adı çəkilən müəssisələrin müvafiq lisenziyaları ləğv olunub.

Dövlət Yanğın Nəzarəti Xidməti bu sahədə pozuntuların aşkar olunması və aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Aynur Sabitova yeni vəzifəyə təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinatlar olub

Xarici ölkələrdə pensiya yaşı neçədir?

34 minə yaxın uşağın anadan olmasına görə birdəfəlik müavinət təyin olunub

Cavid Qurbanovun oğlunun yerinə təyinat

Cavid Qurbanovun oğlunun yerinə təyinat

Azərbaycanın su ehtiyatları 15 faizədək azalıb - Nazirlik rəsmisi

"Bank VTB Azərbaycan"ın Müşahidə Şurasına təyinat olub

Mənzillərin özəlləşdirilməsi necə həyata keçirilir?

“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək

Üç ayda 3 min ton çay istehsal olunub

Dünyanın ən yaxşı təhsil sisteminə malik 7 ölkə

Minimum aylıq və yaxud saatlıq əməkhaqqı sistemi: Maaşlar artacaqmı?

Bu yolda sürət həddi endirildi

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakıda 12 ildir plana düşən ərazi niyə sökülmür? (VİDEO)

Cehiz üçün nə qədər pul lazımdır? - VİDEO

Bu evlərə “kupça” verilməyəcək

Avro, rubl və lirə manat qarşısında bahalaşdı - Məzənnə

İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı (VİDEO)

Ən böyük smartfon istehsalçısının adı AÇIQLANDI

Azərbaycan neftinin qiyməti bahalaşıb

Şumaxerin saat kolleksiyası hərracda astronomik qiymətə satıldı

Məşhur fransız avtomobili yeni formatda buraxılacaq - FOTO

Bu gün bu ərazilərdə qaz olmayacaq

Azərbaycanla Ermənistan arasında protokol imzalanıb

Azərbaycanla Ermənistan arasında protokol imzalanıb

Vulkan enerjisindən istifadə edərək 29 milyonluq "Bitcoin" hasil etdilər

Brüssel avrozonanın iqtisadi artımı ilə bağlı gözləntiləri aşağı saldı

ABŞ "Raiffeisen"i Rusiyaya görə hədələdi

Bank kartlarının sayı artır - Bu tendesiyanın səbəbi nədir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin