Bank
16.05.2024 / 10:51
"Bank VTB Azərbaycan"ın Müşahidə Şurasına təyinat olub
48219
"Bank VTB Azərbaycan" ASC-nin rəhbərliyinə yeni təyinat olub.
Valyuta.az xəbər verir ki, səhmdarların qərarı ilə Qafarov İlham Qafar oğlu Bankın Müşahidə Şurasının (MŞ) müstəqil üzvü seçilib.
Bununla da, "Bank VTB Azərbaycan"ın MŞ-nin tərkibi dörd nəfərdən ibarət olub. Qeyd edək ki, Bankın Müşahidə Şurasının sədri Bortnikov Denis Aleksandroviç, MŞ-nin digər üzvləri isə Tsaryov Serqey Vladimiroviç və Dyaçenko Andrey Nikolayeviçdir.
Xatırladaq ki, yeni qanunvericiliyə əsasən bankların Müşahidə Şuralarına müstəqil üzv seçilməsi ilə bağlı tələb müəyyən edilib.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay