BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
45290

Azərbaycanda “startap iqtisadiyyatı”nın qurulması istiqamətində işlər uğurla davam etdirilir. Hökumətin innovativ təşəbbüslərə hərtərəfli dəstək verməsi ölkədə həyata keçirilən startap layihələrinin uğurlu tətbiqinin ən başlıca səbəbidir.

İqtisadiyyatın müxtəlif sahələrini əhatə edən startap layihələri iaşə sektorunda da tətbiq edilməkdədir. "Food Lab" MMC-nin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən “Startap şəhadətnaməsi” verilmiş restoran idarəetmə platforması iaşə sektorunda çalışan yerli sahibkarlara öz biznesini genişləndirməyə imkan yaradır. Sahibkarlar layihə tərəfindən verilən dəstək sayəsində heç bir investisiya yatırmadan bizneslərini ölkə daxilində və xaricdə genişləndirə bilərlər.

Startap layihəsinin rəhbəri Qədim Vəliyevin sözlərinə görə, Azərbaycanda 4 ilə yaxın çalışdığı “Bolt Food” şirkətində işlədiyi zaman bu sahə ilə çox maraqlanıb. Qazaxıstanda çalışdığı şirkətin “Cook Room” (yemək otağı) biznes modeli ilə daha yaxından tanış olduqdan sonra "ağıllı mətbəx" (və ya “virtual mətbəx”) yaratmaq barədə düşünüb: "Fikirləşdim ki, dünyanın bəzi ölkələrində fəaliyyət göstərən “ağıllı mətbəx”ləri Azərbaycan modelinə uyğunlaşdırıb burada tətbiq edim və daha sonra onu ölkədən kənara çıxarım".

Startapçı bildirib ki, "Food Lab" Azərbaycanda ilk dəfə olaraq multibrend restoranlar şəbəkəsini özündə birləşdirən "ağıllı mətbəx" yaradıb. Layihənin əsas məqsədi yerli sahibkarlara dəstək olmaq, françayzinq modeli vasitəsilə yerli restoranların ölkə daxilində və xaricində fəaliyyətini təmin edib onların böyüməsinə kömək etməkdir: “Biz texnologiya şirkətlərindən əldə etdiyimiz məlumat əsasında çalışırıq. Məsələn, məlumata əsasən, şəhərin “x” nöqtəsində “x” məhsula tələbat çoxdur. Bunun əsasında bu konseptə uyğun restoranlarla danışırıq və deyilən yerdə françayzinq modeli əsasında onun fəaliyyətini təmin edirik. Digər üstünlük odur ki, eyni anda 2-3 restoranın fəaliyyətini bir mətbəx üzərindən qura bilirik. Restoranlarını böyütmək üçün maliyyə resursu olmayan sahibkarlara dəstək veririk. Sahibkar heç bir investisiya yatırmadan françayzinq modeli vasitəsilə öz brendini Azərbaycan daxilində ayrı-ayrı yerlərdə aça bilir. Hazırda ölkədə ilk “ağıllı mətbəx” fəaliyyət göstərir, amma bir necə belə mətbəxin açılması üçün işlər aparılır”.

Q.Vəliyev əlavə edib ki, "ağıllı” və ya “virtual mətbəx"lər qidalar hazırlayaraq onların “çölə satış”ı və onlayn satış ilə məşğul olur. Burada müştərilərin əyləşməsi üçün yerlər olmur. “Ağıllı mətbəx”lərdə restoranlar öz menyularını tam təqdim etmirlər. Restoranlar burada, bir növ, ekspress fəaliyyət göstərirlər. Bu mətbəxlərdə restoranların ən çox satılan məhsulları müştərilərə təqdim edilir. Azərbaycanda 10-15 "ağıllı” və ya “virtual mətbəx"in yaradılması nəzərdə tutulur. Buna nail olduqdan sonra Qazaxıstan, Özbəkistan, Gürcüstan və Rumıniyada belə mətbəxlərin yaradılması hədəf kimi müəyyən edilib: “Azərbaycan sahibkarlarının bu ölkələrə çıxışını təmin etmək istəyirik. Məsələn, Qazaxıstanda bu sahə çox inkişaf edib. Almatı şəhərinin sıx yerlərində konteynerlərdə bu tip restoranların sayı kifayət qədərdir, çox sayda "al, apar” və çatdırılma xidməti göstərən restoranlar fəaliyyət göstərir. Bu, əslində böyük potensialı olan bir bazardır. Biz yerli biznesləri bu sektora gətirmək istəyirik. Azərbaycanın tanınmış “fast-food” restoranlarını françayzinq vasitəsilə Qazaxıstana, Özbəkistana və s. yerlərə gətirmək və böyütmək istəyirik. Hesab edirəm ki, biz “fast-food” restoranlarının böyüməsinə və onların Azərbaycandan kənara çıxmasına dəstək ola bilərik”.

Startapçının sözlərinə görə ki, ilkin mərhələdə Qazaxıstanda belə restoran yaratmağı nəzərdə tuturlar. Əgər işlər plan üzrə gedərsə, növbəti 4-5 ay ərzində həmin ölkədə Azərbaycan restoranlarının açılması planlaşdırılır. Hazırda bununla bağlı tərəfdaşlarla texniki məsələlər müzakirə olunur, layihənin icrası üçün bir necə məkan da seçilib.

Q.Vəliyev vurğulayıb ki, hər "ağıllı mətbəx"də 2-3 restoran brendini birləşdirməyi nəzərdə tuturlar. Bu, orta hesabla 30-40 restoran brendinin bir araya toplanması deməkdir. Hər bir mətbəxdə minimum 5-6 nəfərin çalışması nəzərdə tutulur. “Ağıllı” və ya “virtual mətbəx”lərdə təmsil olunan restoran brendlərinin sayı artdıqca işçilərin də sayı çoxalacaq. Layihə üzrə 15 "ağıllı” və ya “virtual mətbəx" qurularsa, Azərbaycan daxilində ümumilikdə yalnız mətbəxə aid olan 90 yeni iş yeri yaradılacaq. Gələcəkdə işçilərin sayının daha da artırılması planlaşdırılır.

MMC-nin növbəti hədəflərindən biri mobil tətbiq hazırlamaq və sifarişlərin bu tətbiq üzərindən aparılmasına nail olmaqdır. Eyni zamanda, “al, apar” sifarişlərinin “self order” (özün sifariş et”) üzərindən həyata keçirilməsi və müştərilərin kart vasitəsilə sifariş etmələri üçün həvəsləndirici kəşbək kampaniyaları məqsədilə hazırda maliyyə institutları ilə danışıqlar aparılır.

© Vergiler.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb

Sağlamlıq arayışı ödənişsiz olacaq?

BVF: Son illərdə dünyada ticarət məhdudiyyətləri dörd dəfə artıb

Keçmişin günahları ilə üzbəüz: Yapon peyki Yaponiya kosmik zibili ilə toqquşdu (FOTO)

“Kombat Group”a qarşı ittiham

Ukrayna artıq dəniz terminallarının yarısını itirib - Dmitri Barinov

“Cahan As Company” məhkəmə qarşısında – Şirkət nədə ittiham edilir?

Tezliklə bu "Samsung" smartfonları yeniləmə almayacaqlar

Gömrük Komitəsi “Az Firma”nı nədə ittiham edir?

Səudiyyə Ərəbistanı geosiyasi gərginliyin qlobal iqtisadiyyata təsirindən narahatdır

"Merd Petrol"dan maddi ziyan tələb edilir

Avropa Rusiya qazı ilə bağlı qaz problemini necə həll etdi?

Sement zavodu məhkəmə qarşısında

BVF Avropanın zəifliyinin əsas səbəbini açıqladı

“Qarabağ Avto”ya protokol tərtib edildi

Rusiya iqtisadiyyatı üçün risklər müəyyən edildi

2020-ci ildən indiyə qədər Azərbaycana 190 mln. dollarlıq elektromobil idxal edilib

Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub

Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin fəaliyyət istiqamətləri məlum olub

Rabitəbank "Bank of New York Mellon" ilə işbirliyini müzakirə edib ®

“Nokia” bu tanınmış modelini yenidən istehsal edəcək

Üç ayda 121 min hektar sahədə yazlıq bitkilər əkilib

“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir ®

Ukraynanın dövlət borcu rekord həddə çatıb

Bu peyvəndin əlavə təsiri var imiş - Şirkətdən etiraf

Azərbaycanda yeni qarpız və yemiş növləri yaradılır

Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olub

Aqrar Xidmətlər Agentliyinin sədri Beyləqanda vətəndaşları qəbul edəcək

Keçmiş deputatın bankı cərimələnə bilər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin