BAKU Azərbaycan
9.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
44615

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Qafqaz və Mərkəzi Asiya ölkələrində, o cümlədən Azərbaycanda bank aktivlərinin kefiyyətinin davamlı qalacağını açıqlayıb.

Valyuta.az xəbər verir ki, bu barədə reytinq agentliyinin region ölkələri üzrə proqnozunda bildirilib. "Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Özbəkistanda bank performansının 2024-cü ildə aşağı ikirəqəmli kredit artımı və gəlirlilik və kapital göstəricilərini dəstəkləyən sabit aktiv keyfiyyəti ilə davamlı qalacağını gözləyirik. İqtisadi artım üçün əlverişli perspektivlər, kreditlərə yüksək tələbat, xüsusilə pərakəndə satış, yaxşı maliyyələşdirmə və likvidlik göstəriciləri, eləcə də sabit gəlirlilik 2024-cü ildə bankların kredit reytinqlərini dəstəkləyəcək. 2024-cü ilin fevralına regionda banklar üçün reytinq proqnozlarının 80%-i “Sabit” olub" - hesabatda qeyd edilib.

"Standard and Poor's" əlavə edib ki, 2023-cü ildə Azərbaycan və Qazaxıstan üzrə BICRA qiymətləndirməsinə yenidən baxılıb. İki ölkənin bank sektorunun sənaye və ölkə risklərinin səviyyəsi 9-dan 8-ə endirilib. Bu isə Azərbaycanın bank sektorunda riskin ümumi səviyyəsinin azaldığını göstərir.

Bununla belə, "S&P" vurğulayıb ki, iki amil Azərbaycanın bank sektoruna və iqtisadi artım tempinə mənfi təsir edir: "2020-ci ildə quru sərhədlərini digər ölkələrin vətəndaşları üçün bağlayan Azərbaycanın iqtisadiyyatına və bank sektoruna miqrant və kapital axınının və qeyri-rezident depozitlərinin artımının müsbət təsiri region ölkələri ilə müqayisədə daha az nəzərə çarpacaq. Bundan əlavə, neft hasilatının uzunmüddətli tədricən azalması Azərbaycanın ortamüddətli iqtisadi artım perspektivlərini məhdudlaşdıracaq".

Reytinq agentliyi ümumilikdə isə hesab edir ki, region ölkələrinin bank sektoru üçün əsas gözlənilən risklər qlobal iqtisadiyyatda gözləniləndən daha kəskin tənəzzül, regionda geosiyasi gərginliyin artması, pərakəndə kreditləşmədə kəskin artım, valyuta məzənnələrinin yüksək dəyişkənliyi və maliyyə sisteminin de-dollarizasiya tempinin yavaşlaması ola bilər.

"Regionun bank sektorlarında tənzimləmə, nəzarət və korporativ idarəetmə inkişaf edir, lakin hələ də inkişaf etmiş sektorlara nisbətən daha az effektiv və proqnozlaşdırıla bilir"- "S&P" əlavə edib.

© eport

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin