BAKU Azərbaycan
12.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
35610

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Dəyər üçün əməkdaşlıq” proqramı çərçivəsində Azərbaycanda dəyər fondunun yaradılması müzakirə olunur. Avropa İttifaqının bu proqramı Avropa Vençur Filantropik Assosiasiyası (EVPA) tərəfindən icra olunur və ölkəmizdə rəsmi tərəfdaş Education HUB-dır.

EVPA-nın Maraqlı Tərəflərin təşviqi üzrə Meneceri Andreya Rosandic dəyər fondları ilə bağlı Valyuta.az-ın suallarını cavablandırdı.

- Andreya xanım, dəyər fondları nədir?

- Dəyər fondları sosial investisiya fondlarından biridir. Bu fondların ölkələrdə qurulması üçün qeyri-maliyyə tərəfləri Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Amma bu fondun formalaşması üçün təbii ki, fond maliyyə toplamalıdır. Sonra o maliyyəni sosial məsuliyyəti olan təşkilatlar vasitəsilə cəmiyyətə dəyər gətirən fəaliyyətlərin həllinə yönəldirlər.

Dəyər fondlarını xeyriyyə fondları ilə qarışdırmayaq. Xeyriyyə fondlarında belədir ki, fond cəlb etdiyi maliyyəni birbaşa yardım üçün istifadə edir. Dəyər fondları isə maliyyəni problemi həll edən təşkilatlara verir. Məsələn, təşkilat müharibədən əziyyət çəkmiş şəxslərə birbaşa yardım edirsə, bu, xeyriyyəçilikdir. Amma sizin təşkilatınız var, o təşkilat müharibədən əziyyət çəkən şəxsləri işlə təmin edir. Fond sizə maliyyə ayırır və sizin işinizin icrasını dəstəkləyir. Bu isə dəyər fondlarıdır.

- Bu dəyər fondları maliyyəni necə cəlb etməlidirlər?

- Dəyər fondları üçün maliyyə müxtəlif mənbələrdən gələ bilər. Bu, investorlar, şirkətlər, fərdi şəxslər ola bilər. Avropa nümunəsini götürsək, əsas dəstək Avropa İttifaqı tərəfindən gəlir. Ümumiyyətlə, dəyər fondu yaratmaq istəyən şəxs ilk olaraq investora öz layihəsini təqdim etməlidir. İnvestora maraqlıdırsa, investisiya etmək ehtimalı yaranır. Dəyər fondu formalaşdırmaq üçün banklardan kredit çəkilmir. Ancaq banklar özləri dəyər fondalarına dəstək göstərə bilərlər.

- Fərdi şəxslərin fondlara yatırımları hansı məbləğlərdə olur?

- Hansı miqdarda məbləğ cəlb edilməsi artıq fondun strategiyasından asılıdır. Ola bilər ki, fond böyük məbləğlər cəlb etməyə maraqlı olsun, ola da bilər ki, elə bir sistem qursun ki, insanlar da xırda-xırda fonda maliyyə yatıra bilsinlər.

- Azərbaycanda hazırda dəyər fondları yoxdur.

- Bəli, amma demək olar ki, Avropa ölkələrinin hamısında dəyər fondları var. Kiçik, yaxud böyük fərq etmir, hamısında var. Nümunə olaraq Gürcüstanda, Ukraynada “Dəyər üçün əməkdaşlıq” proqramı çərçivəsində bu fondlar yaradılıb. Bu proqram çərçivəsində hazırda Azərbaycanda “Education Hub”la bir yerdə dəyər fondunun yaradılması üzərində işləyirik. “Education Hub” dəyər fondunun yaradılması üçün bir qrup formalaşdırıbO qrup dəyər fondunun yaradılması üçün müzakirələr aparır. EVPA da onlara fondun necə yaradılması ilə bağlı dəstək göstərir. Dəyər fondunun Azərbaycanda yaradılıb-yaradılmaması tamamilə həmin qrupdan və bu mövzuda maraqlı tərəflərin iştirakından asılıdır.

- Dəyər fondunun qurulması nə qədər zaman alır?

- Minimum 1 il lazımdır. Ümumilikdə isə, bu, daha çox fondun qarşısına məqsəd olaraq qoyduğu məbləğdən də asılıdır. Məsələn, Gürcüstandakı dəyər fondu qarşıya məqsəd olaraq 1,5 milyon avro toplanmasını qoymuşdu. Ukrayna isə 600 min avro. Təbii ki 600 min avroya çatmaq daha az vaxt alacaq.

- Azərbaycanda hansı məbləğlə başlamaq olar?

- Dəyər fondunun necə qurulmasından asılıdır. Əgər dəyər fonduna gələn maliyyəni qrant kimi verəcəksinizsə, sizə daha çox maliyyə lazımdır. Əgər kredit kimi verəcəksinizsə, bu, başqa mövzudur. Tamamilə fondun özündən asılıdır. Fond əldə etdiyi maliyyəni təşkilatlara müxtəlif yanaşmalarla verə bilər. Başlanğıc məbləğ də o yanaşmaya görə təyin edilməlidir.

- Dünya təcrübəsində dəyər fondlarını kim yaradır?

- Digər ölkələrin təcrübəsinə baxsaq, dəyər fondları yaradanlar bilik və bacarıqları artırmaq yönündə fəaliyyət göstərən təşkilatlardır. Çünki onların maddi resursları yoxdur. Daha çox qeyri-maddi resurslarla işlər görməyə çalışırlar. Maddi yöndə dəstəklərini artırmaq üçün dəyər fondları yaradırlar.

- Dəyər fondları əsasən hansı istiqamətdə yaradılır?

- Bu haqda hər hansı statistik məlumat yoxdur, ona görə rəqəm deyə bilməyəcəm. Öz müşahidələrimi deyim. Avropa təcrübəsində dəyər fondlarının fokuslandığı əsas mövzular məşğulluğun təmin edilməsi, həssas qrupdan olan şəxslərin işlə təmini, ekoloji problemlərin həlli və s. olur. Ümumilikdə, BMT-nin 17 dayanıqlı inkişaf məqsədləri var. Yoxsulluğun aradan qaldırılması, yaxşı səhiyyə, innovasiya, gender bərabərliyi, iqlim dəyişiklikləri və s. istiqamətlər 17 dayanıqlı inkişaf məqsədlərinə aiddir. Dəyər fondları adətən bu məqsədləri istiqamət olaraq seçirlər. Çünki hər biri cəmiyyət üçün vacib məqamlardır.

- Bir fond bir neçə istiqamətdə fəaliyyət göstərə bilər?

- Əgər ölkədə daha çox istiqamətdə dəyər fondunda ehtiyac varsa, bir neçə dəyər fondu yaradıla bilər. Elə varlı ölkələr var ki, orada hədsiz sayda dəyər fondları mövcuddur. Bəzi ölkələrdə bir neçə dəyər fondu mövcuddur və onların hər biri ayrı problemin həllinə fokuslanıb. Yaxşı olar ki, dəyər fondu bir istiqamət üzrə fəaliyyət göstərsin, eyni anda müxtəlif istiqamətlərdə investisiyaya fokuslanmasın. Bir istiqamət olduqda dəyər fondunun effektivliyi daha çox olur.

- Dəyər fondu yaradılsa, nə dəyişəcək?

- Dəyər fondunun hansı istiqamətdə yaradılmasından asılıdır. Məsələn, Gürcüstandakı dəyər fondları bu xalqın adət-ənənələrinin qorunmasına fokuslanıb. Azərbaycanda fərqli mövzu ola bilər. Əgər innovasiya yönündə dəyər fondu olsa, startap ekosisteminə böyük təsir göstərə bilər. Azərbaycan üçün işsizlik aktualdırsa, dəyər fondu məşğulluğun təmin olunmasına fokuslana bilər. Əgər həmin mövzu Azərbaycan üçün həqiqətən də aktualdırsa, dəyər fondunun ölkə üzrə qatdığı dəyər böyük olacaq. Ətraf mühit problemləri ciddidirsə, o zaman fon o istiqamətə köklənməlidir. Bu zaman bu istiqamətdə həll yolları tapılmalıdır.

- İstiqamətin birini götürək və o istiqamətdə iş görmək üçün fonda lazım olan məbləği qeyd edək.

- Bunun üçün fondun istiqaməti təyin edilməli və sonra o problemin ölkədə nə dərəcədə dərinliyi təhlil edilməlidir ki, rəqəmlər deyə bilək. Məsələn, Azərbaycanda işsizlik problemi varsa, fond 1 milyon avro cəlb edibsə, “ölkədəki işsizlik problemini həll edəcəm” deyirsə, qeyri-real məsələdir. Siz o maliyyəni artırmalısınız ki, hədəfinizə çatasınız.

- Fond yaradılandan nə qədər müddət sonra ölkədə onun təsirini hiss etmək olur?

- Fondun qarşısına qoyduğu məqsəddən asılıdır. Əgər fond əlilliyi olan şəxslərin məşğulluğunu təmin etməyi məqsəd olaraq götürübsə, nəticəsini daha tez görə bilərik. Çünki o insanları tapmaq, onları işlə təmin etmək daha rahatdır. Ekoloji mövzuda istiqamət götürən dəyər fondunun nəticəsi vaxt alacaq.

Aygün Asimqızı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Aprel ayı dünyada bir ilkə imza atıb

Faşizm üzərində qələbədən 79 il ötür

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Dünyanın ən bahalı futbol klubları açıqlandı

Dünyanın ən bahalı futbol klubları açıqlandı

BSU yarım milyona başa gələcək hansı tədbirləri keçirəcək?

Belarus XİN: Qərb sanksiyaların köməyi ilə ölkədə böhran yaratmağa çalışır

"Araş Estetik"dən maddi ziyan tələbi

Alimlər Qırmızı dənizin dibində dəhşətli kəşf etdilər - Ölümcül hovuz

Dünyanın ən güclü superkompüterlərindən biri hərracda satılıb

"Azerstar" MMC-yə protokol tərtib olundu

"Microsoft" ABŞ kəşfiyyatı üçün internetsiz işləyən Al modeli yaratdı

BVF: ABŞ dolları dünya ticarətində dominant mövqeyini qoruyub saxlayır

Gömrük Komitəsindən AAYDA-ya ittiham

İsveçrənin əksər şirkətləri Rusiya ilə işləməyə davam edir

Kosmik Cihazqayırma Təcrübi Zavodu məhkəmə qarşısında

Türkiyə ilə azad ticarət: Ukrayna NK 15 ildir üzərində çalışılan sazişin ratifikasiyasını dəstəklədi

İnşaat şirkətləri arasında lizinq qalmaqalı

Türkiyə-Azərbaycan biznes forumu başlayıb - FOTO

Bakı Sağlamlıq Mərkəzi vətəndaşa maddi ziyan vurub?

"Uber" rüblük zərər açıqladı, səhmləri kəskin ucuzlaşdı

Əfsanəvi "Nokia 3210" rəsmən geri döndü

ABŞ Al sahəsində Çinə qarşı yeni sanksiyalar hazırlayır

İlham Əliyevin COP29-a dəvət məktubu Ərdoğana təqdim olundu

Türkiyənin yeni maliyyə hədəfi - İnflyasiyanı bir rəqəmli səviyyəyə endirmək...

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirildi (FOTO)

AZTV-nin keçmiş işçisi ƏƏSMN-ni məhkəməyə verdi

Elon Maskın adından istifadə edən saxta kripto-birja qapadıldı

BFB-nin dövriyyəsi 2 dəfədən çox artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin