BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
45066

Bu gün qanunsuz evlərdə yaşayan vətəndaşların problemlərindən biri də yaşadıqları evlərdə qeydiyyata düşə bilməmələridir. Vətəndaşlar bələdiyyədən aldıqları torpaqlar üzərində müvafiq sənədləşmə aparmadan ev tikirlər ki, bu da sonda vətəndaşın özünə problemlər yaradır.

Valyuta.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, bələdiyyə torpaqlarına dair istər satış, istərsə də icarə haqqında sənədlərin tərtib edilməsi, verilməsi mülkiyyət hüququnu tam təsdiq edən sənəd deyil.

“Çünki əgər torpaq bələdiyyə tərəfindən vətəndaşa satılırsa mütləq özəlləşdirilməlidir. Yəni torpaq özəlləşdirilib çıxarış alınmalıdır. Sonradan əgər həmin torpaq üzərində hər hansı tikinti işləri aparılacaqsa, bu da qanunvericiliyə uyğun sənədləşdirilməli və mülkiyyət hüququna dair müvafiq orqandan sənəd alınmalıdır. Belə olan halda o əmlak tam hüquqa malik olur və lazımi qiymətini alır.

Bələdiyyələr tərəfindən çoxsaylı belə sənədlər verilib. Lakin çox təəssüflər olsun ki, onlar vaxtında lazımi hüquqi qiymətini almayıb, müvafiq orqanlara müraciət edilməyib. Ona görə də həmin torpaqlar üzərində tikilən evlərə mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi gecikdirilir. Lakin bu proses davam edir, artıq on minlərlə sənəd hazırlanıb, bir çoxlarına hüquqi sənədlər təqdim edilib, müəyyən yarımçıq qalan sənədlər var ki, onların da üzərində iş gedir.

Düşünürəm ki, bu işlər sürətləndiriləcək. Çünki istər deputatlar tərəfindən, istərsə də ictimaiyyət tərəfindən ciddi təkliflər var. Hər şey qanunvericiliyə uyğun aparılmalıdır və ona görə də əmlak qanuni sənədlərlə öz təsdiqini tapmalı, gələcəkdə vətəndaşın narazıçılığına şərait yaratmamalıdır”, - deyə komitə sədri əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu tikinti materialları bahalaşacaq

Smartfonlar Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - TAM SİYAHI

Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir?

Genişzolaqlı internetin sürəti 38 % artıb

Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...

“Məcburi köçkünlər qayıtdıqca bu mənzillərin qiyməti enəcək” – Mühüm açıqlama

Bazar günü Bakıda 31 dərəcə isti olacaq

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Elektrikli Gelendvagen Mercedes-Benz G580 təqdim olundu

“Titanik”in ən zəngin sərnişininin cəsədindən çıxarılan qızıl cib saatı hərraca çıxarılıb

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi (FOTO)

Bu ərazilər tezliklə plana düşəcək

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Rusiyadan miqrantlarla bağlı açıqlama

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Dünyanın damı"nın radioaktiv çirklənməsinin mənbəyi tapıldı

Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)

Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)

ABŞ Ukraynaya ən böyük hərbi yardım paketi ayırıb

BTC ilə daşınan neftin həcmi açıqlanıb

Formula-1 tarixinin ən böyük müqaviləsi

“Qərb Ulduzu” hansı təhrifə yol verib?

Rəhbərlik “TikTok”un satılıb satılmayacağı haqda açıqlama verdi

ABŞ Rusiya aktivləri ilə bağlı: "Tam müsadirə doğrudur, lakin başqa variantlar da var"

Rabitəbank rəhbərliyi bank sistemində yeni texnologiyaların tətbiqi sahəsi ilə tanış olub ®

Turistlər artıq Finlandiyaya səyahət etməyi sevmirlər

"Gazprom" daxili bazara rekord qaz tədarük edib

Rabitəbank rəhbərliyi ABŞ-də işgüzar səfərdə olub ®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin