BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
46916

İnkişaf etməkdə olan şəhərlərdə köhnə binaların yeni və müasir binalarla əvəzlənməsi qaçılmaz bir prosesdir. Bu proses zamanı bina sakinləri ilə şirkətlər arasında müəyyən razılaşmalar olur, şirkətlər müəyyən öhdəliklər daşıyır. Bəs Azərbaycanda sökülən binaların sakinlərinə qarşı tikinti şirkətləri hansı öhdəliklərə malikdir? Verilən vədlər nə dərəcədə yerinə yetirilir? Bu cür hallar zamanı hüquqları pozulan sakinlər nə etməlidir?

Valyuta.az xəbər verir ki, mövzu ilə bağlı “Report”a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, bu məsələlər müvafiq dövlət qurumları tərəfindən tənzimlənməlidir: “Bəzi Mənzil-Tikinti Kooperativləri (MTK) bu cür hallarda özbaşınalıq nümayiş etdirirlər, vətəndaşların hüquqlarını pozurlar. Bu da vətəndaşları çıxılmaz vəziyyətə salır. Bunun üçün ilk növbədə ərazilərdə söküntü işləri zamanı kompensasiya məqsədilə müəyyən olunmuş məbləğlər, müvafiq qiymətləndirmə qurumları tərəfindən aparılmalıdır. Bu işi görən AQC, ayrı-ayrı nüfuzlu şirkətlər var. Qiymətlər ərazilər üzrə dəyişir və bu, nəzərə alınmalıdır”.

AQC sədri qeyd edib ki, mərkəzə yaxın bir ərazidə hər hansı bir vətəndaş Konstitusiya ilə təsbit olunmuş hüququndan müvəqqəti məhrum edilirsə, yeni bina tikilənə qədər həmin ailələrin mənzil problemləri həll olunmalıdır: “Yəni əvvəl yaşadığı binaya yaxın bir ərazidə bazar qiymətlərinə uyğun olaraq kirayə mənzillər üçün məbləğ ayrılmalıdır. Həmin məbləğlə həmin vətəndaşlar təmin olunmalıdır və vətəndaşlarla MTK arasında konkret müqavilə bağlanmalıdır. Məsələn, köhnə binanın yerində tikilən yeni bina 6 ay və ya 1 il müddətinə hazır olacaq. Bu zaman vətəndaş əvvəl malik olduğu mənzilin kvadratına, otaq sayına və bazardakı dəyərinə uyğun şəkildə mənzillə təmin olunmalı, hüquqları qorunmalıdır”.

 

Binası sökülən sakinlərin kirayə mənzillərlə təmin olunması məsələsinə toxunan V. Oruc bu zaman da hüquqların pozulması faktlarının aşkarlandığını diqqətə çatdırıb: “Bəzən müşahidə edirik ki, kirayə məbləğləri 6 ay müddətində ödənilir, amma binanın tikintisi bir il davam edir. Bu da vətəndaşın büdcəsinə çox ciddi zərbə vurur. Bəzən də komfort yaşayış şəraiti təmin olunmur. Bir sıra tikinti şirkətləri çalışırlar ki, vətəndaşlara müəyyən məbləğ ödəsinlər və həmin ərazidə tikilən binada deyil, başqa ərazilərdə özlərini yeni mənzillə təmin etsinlər. Bu zaman da, tam ədalətli yanaşma tətbiq olunmur. Məsələn, vətəndaş şəhərin mərkəzində yaxud yaxın rayonlarda yaşayır. Ona verilən məbləğ imkan vermir ki, müasir, müvafiq bazar təkliflərinə uyğun, əvvəlki yaşayış yerinə yaxın ərazidə mənzil əldə etsin”.

Onun sözlərinə görə bu cür problemin həlli üçün müəyyən komissiya yaradılmalıdır. “Həm Bakı Şəhər İcra Hakimiyyətinin, həm MTK-nın, həm də Azərbaycan Qiymətləndirə Cəmiyyətinin və yaxud da ki, hər hansı bir tanınmış qiymətləndirmə şirkətlərinin iştirakı ilə birgə bir komissiya yaradılmalıdır. Həmin komissiya ərazidəki mənzillərin bir kvadratmetrinin dəyərini müəyyən etməlidir. Vətəndaşın mövcud yaşayış şəraiti təhlil olunmalı və araşdırılmalıdır. Hesab edək ki, vətəndaş 30 kvadratmetrlik ərazidə yaşayır və müvafiq qiymətlərə görə ona 60 min manat verilir. Lakin 60 min manata Bakının kəndlərində də ev tapmaq çətindir. Ona görə də bütün bu məsələlər nəzərə alınmalı və ciddi şəkildə araşdırılandan sonra ədalətli qərar verilməlidir”.

AQC sədri yarımçıq qalan binaların tikintisini davam etdirmək istiqamətində də müvafiq addımların atıla biləcəyini söyləyib: “Əgər tikinti şirkəti və yaxud MTK həmin binaları tikmək imkanına malik deyilsə, müəyyən kreditlər ayrıla bilər ki, həmin binalar sona çatdırılsın. Eyni zamanda, hüquq mühafizə orqanları qarşısında məsələ qaldırılmalıdır ki, ölkə vətəndaşlarının yaşamaq hüququ əlindən alınırsa, bu məsələdə hər hansı bir kompensasiya ödənmirsə, bağlanmış müqavilələrə əməl olunmursa, yaxud da müqavilə əvəzinə şifahi razılaşmalar varsa və buna da əməl olunmursa, MTK rəhbərləri çox ciddi şəkildə məsuliyyətə cəlb olunsunlar. Çünki, əsas məsələ vətəndaşların hüquqlarının təmin etməkdir və Azərbaycan Konstitusiyasının bütün bəndlərinin, o cümlədən insan hüquqları və vətəndaş hüquqları ilə bağlı hissələrinin əməl olunduğunu sübuta yetirməkdir”.

V. Oruc hesab edir ki, bütün bunları nəzərə alaraq müvafiq dövlət qurumlarına müraciət edilib ki, proses vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində bazar qiymətləri əsasında aparılsın və eyni zamanda, vətəndaşların əvvəlki şəraitinə uyğun, komfort səviyyəsi yüksək olan mənzillə təmini istiqamətində addımlar atılsın.

"Azərbaycan inkişaf edir. İnkişaf etməkdə olan ölkənin öz meyarları var. Həmin meyarlar ondan ibarətdir ki, əgər köhnə binaları sökülərsə və əvəzində yeni binalar tikilərsə vətəndaşlar da bu binalara köçürülməlidir. Bu cür problemlərin baş verməməsi üçün ciddi şəkildə dövlət nəzarəti və ictimai nəzarətin təmin olunmasını həll etmək lazımdır. Təkcə birtərəfli nəzarətlə iş bitmir. Eyni zamanda bu cür hallara qarşı ictimai nəzarət də olmalıdır”, - deyə AQC-nin sədri vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Prezident Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanı aradan qaldıran Sazişi təsdiqlədi

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Everestə qalxanların sayı azaldılacaq

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - Video

Bakıda tıxacları azaldacaq yeni yol - Video

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin