BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
43542

2 mart tarixində Bakı İdman Sarayında Naxçıvan Dövlət Universitetinin ölkə üzrə təmsilçisi olduğu "Robotex Azərbaycan" festivalının açılış mərasimi olub. Tədbirdə Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Cahit Bağcı, Azərbaycan Respublikası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər xanım Səttarova, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azercell CEO-sunun bas müşaviri Okan Çimen, Təhsil Tələbə Kredit Fondunun rəhbəri Araz Paşayev eyni zamanda universitetlərin rektorları, məktəb direktorları iştirak ediblər.

Qeyd edək ki, 2-3 mart tarixlərində Naxçıvan Dövlət Universiteti və Robotex Türkiyənin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azercellin və Global Olympiad Center dəstəyi ilə keçirilən “Robotex Azərbaycan Avrasiya Çempionatı” Azərbaycanda ilk dəfə olaraq həyata keçirilir.

Nəzərinizə çatdıraq ki, Robotex Azərbaycan Avrasiya Çempionatında 6 univeristet, 41 məktəb, 10 özəl müəssisədən 250-dən çox komanda, 1500-dən çox iştirakçı, 5000-dən çox qonaq iştirak edir. Komandalar 18 kateqoriyada 4 yaş qrupunda (ibitidai, orta, yuxarı siniflər və univeristet tələbələri olmaqla) yarışaraq qaliblərin adını müəyyən edəcəklər. Hər kateqoriyada ilk 3 yeri qazanan komandalar ölkəmizi Antalyada təşkil olunacaq yarımfinal mərhələsində təmsil edəcəklər. Komandalardan ən yaxşı nəticəni göstərən 4-5-ci yerin sahibləri juri heyətindən xüsusi fərqlənmə almaqla yarımfinalda iştirak edə biləcəklər. Qeyd edək ki, 18 ölkənin iştirakı ilə Antalyada olacaq yarımfinal mərhələsində dərəcə göstərən komandalar noyabr ayında Estoniyada təşkil ediləcək dünya çempionatında iştirak haqqı qazanacaqlar.

Məlumat üçün onu da bildirək ki, Robotex Azərbaycan Avrasiya Çempionatında dərəcə göstərən komandalara kubok və sertifikatlar təqdim olunacaq. Startap üzrə yarışa qatılan komandalar isə xüsusi üstünlüklər veriləcək. Belə ki, Türkiyə texnoparklarında şirkətlərini qurma, Türkiyə dövlətidən maliyyə yardımı ala biləcəklər. Eyni zamanda bu yarışda əldə ediləcək sertifikatlar gələcəkdə tanınmış dünya univeristetlərində təhsil almaq arzusunda olan şagirdlərin təqaüd ilə təhsil almasında eyni zamanda qəbul alma şanası artıracaqdır.
© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdırmı?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin