BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
43310

Hazırda Telegram-da post baxışlarının yalnız 10%-i Telegram Reklamlarından istifadə edərək pul qazanır. Gələn aydan etibarən platforma reklam gəlirlərini bütün kanal sahibləri ilə paylaşmağa başlayacaq.

Valyuta.az bu barədə NV-yə istinadla xəbər verir.

Telegram-da kanalların yayımı ayda 1 trilyon baxış yaradır, lakin indiyə qədər bu baxışların yalnız onda biri monetizasiya olunub, - messencerin təsisçisi Pavel Durov öz kanalında bildirib. Mart ayından etibarən platforma reklam gəlirlərini bütün kanal sahibləri ilə bölüşməyə söz verib.

“Telegram reklam platforması rəsmi olaraq yüzə yaxın yeni ölkədə bütün reklamçılar üçün açılacaq. Bu ölkələrdəki kanal sahibləri Telegram-ın öz kanallarında reklam göstərməkdən əldə etdiyi bütün gəlirin 50%-ni almağa başlayacaqlar”, - Durov bildirib.

Ödənişlər əvvəlcə Telegram Open Network blokçeyn layihəsinin bir hissəsi kimi hazırlanmış Toncoin kriptovalyutasından istifadə etməklə həyata keçiriləcək.

“Reklam və pul götürmə üçün sürətli və təhlükəsiz ödənişləri təmin etmək üçün biz yalnız TON blokçeynindən istifadə edəcəyik. Biz reklam satacağıq və gəliri Toncoin-də kanal sahibləri ilə bölüşəcəyik. Bu, məzmun yaradıcılarının ya öz Toncoi-lərini nağdlaşdıra, ya da kanallarını tanıtmaq və yeniləmək üçün yenidən sərmayə qoya biləcəkləri layiqli bir dairə yaradacaq”, - Durov yekunlaşdırır.

Xatırladaq ki, 2021-ci ilin oktyabrında Telegram platforması 1000-dən çox abunəçisi olan kanallarda reklam mesajlarını işə salacağını açıqlamışdı. Daha sonra şirkət, istifadəçiləri izləməyəcəyinə və onu məzmun yaradıcıları ilə paylaşmayacağına söz verib.

Nicat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin