BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
19829

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə vətəndaşları təkcə xaricə getmək, ordan nə isə alıb gətirmək imkanı əldə etmədilər, həm də müxtəlif ölkələrin qiymətli kağızlar bazarına investisiya qoymaq, belə demək mümkünsə, Bakıda oturub okeanın o biri tayından səhm və s. almaq şansı qazandılar. Azərbaycanda kütləvi hal almasa da, ABŞ və Avropa ölkələrinin aparıcı şirkətlərinin səhmlərinə pul qoyan, onların qiymətlərindəki dəyişikliklərdən, dividend ödənişlərindən gəlir əldə edənlər az deyil.

Məlumat üçün bildirək ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar 2020-ci ildə dünyada səhmlərə görə dividend ödənişləri 8% azalaraq 1,64 trilyon ABŞ dollarına düşsə də, 2021-ci ildə bu rəqəm iqtisadiyyatın bərpa olunması hesabına 21% artaraq 1,97 trilyon dollara çatıb. 2022-ci ildə isə bu rəqəm daha 6% artaraq 2,09 trilyon dollar olacağı gözlənilir. Göründüyü kimi, məbləğ az deyil və bundan azərbaycanlı investorlar da payını götürə bilər. Bəs bu yolla pulu necə qazanırlar? "Report" potensial investorların işini asanlaşdırmaq üçün ölkənin investisiya şirkətlərindən birinin direktor müavini Cəfər İbrahimli ilə həmsöhbət olub.

"Xaricdən səhm almağa maraq artıb"

Müsahibim deyir ki, son illər Azərbaycan vətəndaşlarının xaricdən səhm almağa marağı artıb, bu da səbəbsiz deyil: "10-15 il əvvəl Azərbaycan banklarında xarici valyuta ilə yerləşdirilən depozitlərin gəlirliliyi kifayət qədər yüksək idi, odur ki, kimsə xaricə investisiya qoyuluşu barədə düşünmürdü. Yəni, vətəndaşlar üçün ölkə daxilində qısa müddətli investisiyalarla daha rahat gəlir əldə etmək imkanları var idi. İqtisadiyyat inkişaf etdikcə, rəqabət artdıqca gəlir azalır və xarici şirkətlərin səhmlərinə maraq artır".

"İnvestisiya xidmətləri inhisarda deyil"

C.İbrahimlinin sözlərinə görə, xaricdə investisiya qoyuluşu üçün investisiya xidmətləri inhisarda deyil: "Vətəndaşlar həm yerli, həm də xarici investisiya şirkətləri ilə müqavilə bağlayaraq səhm ala bilər. Yerli şirkətlərin çoxunun xarici birjalara çıxışı var. Azərbaycan vətəndaşı Türkiyə, Avropa, ABŞ birjalarında hansı qiymətli kağızı almaq istəyirsə, bizə sifariş verir, onun vəsaiti nəzarətimizdə olur, biz həmin əməliyyatı aparır və bununla bağlı mütəmadi olaraq tənzimləyici quruma hesabat veririk. Həmin hesabat təkcə müştəri barədə fərdi məlumatlardan deyil, xaricdən nə qədər qiymətli kağız alınması və digər ümumi əməliyyatlar barədə olur. Alınan qiymətli kağızlar fiziki şəxslərin adında deyil, investisiya şirkətinin hesabında saxlanılır.

Bundan başqa, fiziki şəxslər yerli investisiya şirkətlərinin vasitəçiliyi olmadan elektron şəkildə xarici investisiya şirkətləri ilə müqavilə bağlaya, onlarda hesab açıb, pulunu köçürə, almaq istədiyini qiymətli kağızı xarici investisiya şirkətinə sifariş verə və yaxud özü onlayn platforma üzərindən onun alqı-satqısını həyata keçirə bilər. Ümumiyyətlə bu proses vasitəçilik olmadan mümkün deyil".

"Dividendi də xaricdən ödəyirlər"

C.İbrahimli xarici səhmlər üzrə dividendlərin də necə ödənildiyini də izah edir: "Tutaq ki, hansısa şəxs investisiya şirkəti vasitəsilə “Apple”ın səhmlərini alıb. Belə olanda “Apple”ın divident ödənişləri tarixi elan olunur. İnvestisiya şirkəti olaraq həmin tarixdə vətəndaşın investisiya hesabına müəyyən vəsaitin daxil olduğunu görürük. Dividendlər birbaşa hansısa bank hesabına deyil, investisiya şirkətinin xarici şirkətdəki hesabına köçürülür və bundan sonra vətəndaş Azərbaycandakı banka sifariş verib o vəsaiti götürə bilir. Vasitəçiliyi xarici broker şirkəti edəndə isə həmin vəsait vətəndaşın burdakı yerli bank hesabına köçürülür".

"Qiymətlərin necə dəyişdiyini onlayn izləmək olur"

Ekspertin sözlərinə görə, investorlar xarici səhmlərin qiymətlərin necə dəyişdiyini investisiya şirkətlərinin təqdim etdiyi platformalardan onlayn izləyə bilərlər: “İnvestisiya şirkətlərinin platformalarından başqa, açıq beynəlxalq saytlar var. O saytlarda qiymətlər onlayn görünür. Vətəndaş bazar qiymətlərini izləyə, istədiyi vaxt nəyisə alıb-sata bilər. Tutaq ki, siz xarici səhmin alınması üçün xarici broker şirkəti ilə birbaşa müqavilə bağlamısınız. Həmin broker şirkətinin interaktiv əməliyyat aparmaq üçün sistemi olur. Hesab açıldığı və vəsait göndərildiyi andan sizə həmin sistemdə şifrə verilir. Siz onunla sistemə girə, qiymətləri izləyə və istədiyiniz qiymətli kağızı alıb-sata bilirsiniz.

Yerli şirkətlərlə də işləyəndə proses bu cür olur. Vətəndaş aldığı xarici səhmi satmaq istəyəndə də bu əməliyyatın aparılmasını investisiya şirkətinə sifariş verə bilir. Eyni zamanda onun müqavilə əsasında platformadan sərbəst istifadəsi təsdiq olunubsa, ona bu səlahiyyət üçün şifrə verilibsə, özü sistemə daxil olaraq birbaşa əməliyyatını edə bilir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Lifttəmir” İstehsalat Birliyində nöqsanlar aşkarlanıb

Ağdamda subartezian quyularının bərpasına başlanılır

Kredit götürən şəxs dünyasını dəyişərsə, vərəsələri hansı halda borcu qaytarmaya bilər?

Yağış sahələrə ziyan vurdu – Çiyələyin qiyməti bahalaşdı

Xaricə şəkər satışından gəlirimiz 5 milyon dollar azalıb

Cəbrayılın dörd kəndinə birinci mərhələdə 3 min 193 sakin köçürüləcək

Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu ®

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Beynəlxalq İnsan Resursları Günüdür – Onlar şirkətlər üçün niyə bu qədər əhəmiyyətlidir?

Xocalıya qayıdacaq sakinlərə hansı sürprizlər hazırlanır? (VİDEO)

40 min manat mayası olan ASC ləğv olunur

Azərbaycanda bir sıra bankların depozit portfeli azalıb – Siyahı

Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdır?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin