BAKU Azərbaycan
21.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
40987

Qazaxıstanının ən böyük elektron ticarət şirkətərindən olan "Kaspi.kz" fintex şirkətinin səhmdarları Amerikada ötən həftə keçirilən IPO zamanı 1 milyard dollar toplayıblar.

Valyuta.az xəbər verir ki, Qazaxıstanın "Kaspi.kz" fintech holdinqinin səhmdarları Amerikanın NASDAQ birjasında IPO, yəni səhmlərin xalqa ərzi zamanı təxminən 1 milyard dollar toplayıblar.

Bir neçə gün əvvəl şirkətin hər bir səhm üçün 92 dollar olan 11,3 milyon depozitar səhmi (ADS) satılıb, bu da əvvəlcədən güman edilən 9 milyondan artıq idi. "Satan səhmdarlar anderrayterlərə yekun prospektin təqdim olunduğu tarixdən sonra 30 gün ərzində, əgər varsa, artıq payları əhatə etmək üçün 1 milyon 695 minə qədər əlavə ADS almaq imkanı veriblər.

Təklifin adi bağlanma şərtlərinə uyğun olaraq 23 yanvar 2024-cü ildə bağlanacağı gözlənilir", - şirkət daha sonra bildirib. Səhmləri birjaya çıxan şirkətin əsassəhmdarları Vyaçeslav Kim (25% səhm), Mixail Lomtadze (23%) və Asia Equity Partners Limited (28%) idi. Qazaxıstanın "Kaspi.kz" şirkətin səhmlərinin NASDAY-da İPO-su yükək səviyyədə təşkil edilib. Yerləşdirmənin təşkilatçıları Morgan Stanley, JPMorgan və Citigroup olub.

Şirkətin səhmləri artıq yanvarın 19-dan etibarən NASDAQ-da KSPI simvolu ilə alqı-satqıya başlayacaq. Qeyd edək ki, indiyədək "Kaspi" şirkətinin səhmləri Qazaxıstanda və London Fond Birjasında alınıb-satılırdı. Şirkətin səhmləri Qazaxıstan Fond Birjasında (KASE) və Astana Beynəlxalq Birjasında (AIX) listinqdədir.

2023-cü ilin aprelində isə məlum olub ki, şirkət öz səhmlərini ABŞ birjalarında da satışa buraxmaq istəyir. 2022-ci ilin dekabrında Kaspi şirkəti ABŞ-da IPO üçün ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) müraciət edib və sonrakı proseslər ötən həftə İPO ilə nəticələnib.

 
Xatırladaq ki, Qazaxıstanda fəaliyyətə başlayan Kaspi.kz şirkəti müxtəlif xidmətlərə malik istehlakçılar üçün Kaspi.kz Super App mobil əlavəsini, eləcə də tacirlər və sahibkarlar üçün Kaspi Pay Super Tətbiqini təklif edir. Hesabata görə, sentyabrın 30-na olan məlumata görə, Kaspi tətbiqinin aylıq orta hesabla 13,5 milyon aktiv istifadəçisi var.

Kaspi.kz sentyabrın 30-da başa çatan doqquz ayda 2,83 milyard dollarlıq gəlir əldə edib və bunun 1,27 milyard dolları xalis mənfəət olub.

İPO zamanı 1 milyard dollar vəsait əldə edən "Kaspi.kz" şirkəti Azərbaycanda da fəaliyyət göstərir. Bu şirkət Azərbaycanın üç populyar elan saytının - Turbo.az (avtomobil elanları), Tap.az (yeni və işlənmiş əşyalar elanları) və Bina.az (daşınmaz əmlak elanları) sahibidir. Şirkət bu 3 saytı əvvəlki sahiblərindən 2019-cu ildə alıb. Həmin vaxt "Kaspi.kz"ın İdarə Heyətinin sədri Mixail Lomtadze bildirmişdi ki, "Biz artıq Azərbaycan bazarına çıxmışıq. Orada avtomobil, daşınmaz əmlak və ümumi yeni və işlənmiş malların satışı üçün ən böyük platformaya sahibik: Turbo.az (avtomobil bazarı), Tap.az (yeni və işlənmiş mal bazarı) və Bina.az (daşınmaz əmlak bazarı). İndi deyə bilərik ki, "Kaspi.kz" innovasiyalarının Azərbaycana ixracına başlamışıq".

© FED.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıda minlərlə sakin sərnişin avtobusu sarıdan əziyyət çəkir - Video

Aprel ayı dünyada bir ilkə imza atıb

Faşizm üzərində qələbədən 79 il ötür

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Dünyanın ən bahalı futbol klubları açıqlandı

Dünyanın ən bahalı futbol klubları açıqlandı

BSU yarım milyona başa gələcək hansı tədbirləri keçirəcək?

Belarus XİN: Qərb sanksiyaların köməyi ilə ölkədə böhran yaratmağa çalışır

"Araş Estetik"dən maddi ziyan tələbi

Alimlər Qırmızı dənizin dibində dəhşətli kəşf etdilər - Ölümcül hovuz

Dünyanın ən güclü superkompüterlərindən biri hərracda satılıb

"Azerstar" MMC-yə protokol tərtib olundu

"Microsoft" ABŞ kəşfiyyatı üçün internetsiz işləyən Al modeli yaratdı

BVF: ABŞ dolları dünya ticarətində dominant mövqeyini qoruyub saxlayır

Gömrük Komitəsindən AAYDA-ya ittiham

İsveçrənin əksər şirkətləri Rusiya ilə işləməyə davam edir

Kosmik Cihazqayırma Təcrübi Zavodu məhkəmə qarşısında

Türkiyə ilə azad ticarət: Ukrayna NK 15 ildir üzərində çalışılan sazişin ratifikasiyasını dəstəklədi

İnşaat şirkətləri arasında lizinq qalmaqalı

Türkiyə-Azərbaycan biznes forumu başlayıb - FOTO

Bakı Sağlamlıq Mərkəzi vətəndaşa maddi ziyan vurub?

"Uber" rüblük zərər açıqladı, səhmləri kəskin ucuzlaşdı

Əfsanəvi "Nokia 3210" rəsmən geri döndü

ABŞ Al sahəsində Çinə qarşı yeni sanksiyalar hazırlayır

İlham Əliyevin COP29-a dəvət məktubu Ərdoğana təqdim olundu

Türkiyənin yeni maliyyə hədəfi - İnflyasiyanı bir rəqəmli səviyyəyə endirmək...

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirildi (FOTO)

AZTV-nin keçmiş işçisi ƏƏSMN-ni məhkəməyə verdi

Elon Maskın adından istifadə edən saxta kripto-birja qapadıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin