BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8224
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1309
46517

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Türkiyədə rəsmi səfərdədir. Səfər çərçivəsində Ankara şəhərində Türkiyə-Azərbaycan Kənd Təsərrüfatı İcra Komitəsinin 11-ci iclası keçirilib. İclasda tərəflər iki ölkənin kənd təsərrüfatı sahəsində əməkdaşlığının mövcud vəziyyəti və genişləndirilməsi barədə müzakirələr aparıblar.

Nazir Məcnun Məmmədov Türkiyə Respublikasının bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də Azərbaycanın etibarlı tərəfdaşı olduğunu deyib. Bildirilib ki, iki ölkə arasında aqrar tədqiqatlar, təhsil, pambıqçılıq, toxumçuluq, baytarlıq, aqrar sığorta və digər sahələr üzrə səmərəli əməkdaşlıq uğurla davam edir. İclasda iki ölkə arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, xüsusilə Azərbaycanın istehsal etdiyi məhsulların Türkiyə və Avropa bazarlarına ixracının genişləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb. 

Daha sonra iki qardaş ölkənin kənd təsərrüfatı nazirlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında Aqrar tədqiqat və inkişaf sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi və Türkiyə-Azərbaycan Kənd Təsərrüfatı İcra Komitəsinin 11-ci iclasının protokolu imzalanıb. Sənədlərdə iki ölkə arasında aqrar sahədə əməkdaşlıq üçün perspektiv istiqamətlər müəyyən edilib. Tərəflər iki ölkə arasında aqrar təhsil, mütəxəssis hazırlığı, aqrar tədqiqat və inkişaf, torpaqların konsolidasiyası, baytarlıq, heyvan xəstəliklərinə qarşı peyvənd vasitələri ilə təchizat və digər sahələrdə əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər. 

İkitərəfli əməkdaşlığın əhəmiyyətindən danışan Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov, imzalanan sənədlərin Azərbaycan ilə Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa, o cümlədən elmi tədqiqat sahəsində məlumat mübadiləsinə, birgə elmi tədqiqat işlərinin aparılmasına, müasir tədqiqat metodlarının tətbiqinə, ümumiyyətlə aqrar sahənin inkişafına xidmət edəcəyinə əmin olduğunu bildirib.

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı isə öz növbəsində iki nazirlik arasında müəyyən edilən Fəaliyyət Planının bütün maddələrinin həyata keçirilməsinin vacibliyindən danışıb. “Azərbaycan ilə dialoq fəal şəkildə davam edir. Kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsinə xidmət edən əməkdaşlığa böyük əhəmiyyət veririk”, - deyə türkiyəli nazir əlavə edib.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Adana bölgəsində Şərqi Ağdəniz dənizi Kənd Təsərrüfatı Tədqiqat İnstitutu, süni intellekt vasitəsilə idarə olunan müasir suvarma sistemlərinin fəaliyyəti ilə tanış olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

II Dünya müharibəsi iştirakçıları və ailələrinə birdəfəlik yardım veriləcək (SƏRƏNCAM)

“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Britaniya 2025-ci ildə G7-nin ən zəif iqtisadiyyatına çevriləcək

Aşağı büdcə ilə səyahət edə biləcəyiniz 10 Avropa şəhəri

Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək

Bazar günü imtahan olacaq

“Baku Steel Company” şirkətində yeni təyinat

Bəzi təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadıldı

“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Xarici turistləri rayonlara necə cəlb etmək olar?

Bu il Düşənbədən Bakıya aviareys açılacaq

Beynəlxalq marşrutlar üzrə biletlər bu halda qaytarılacaq - Qaydalar

Azərbaycan bu ay Bolqarıstanın təbii qaza olan tələbatının 76,6 %-ni ödəyəcək

Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi açıqlanıb

Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

Zabratda evlərin kütləvi şəkildə satışa çıxarılması müşahidə olunur

FT: Ağ Evin yeni anti-Rusiya sanksiyaları bu fiziki şəxs və banklara təsir edəcək

DSMF-lə “Ofis Aləmi” arasında alqı-satqı qalmaqalı

KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır

"Google" ağdərili İT işçilərini kütləvi şəkildə işdən çıxarır, onları miqrantlarla əvəz edir

Azərbaycanda 3 ayda 400 min tona yaxın benzin istehsal olunub

Baş memarın şirkəti məhkəmə qarşısında - "EL & EN" Firması hansı qaydaları pozub?

Sabah yağış yağacaq

Məcnun Məmmədov FAO-nun nümayəndəsi ilə görüşdü

Tiktokerlər nə qədər vergi ödəməlidir?

Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək

3 ayda ölkəmizdə 13 min tondan çox pendir və kəsmik istehsal olunub

Aqrar Sığorta Fondunun ödənişlərinin artması fermerlərin fəaliyyətinə necə təsir edəcək?

Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları dəyişdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin