BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
47374

Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, xarici turistlərin keçirdiyi gecələmələrin 80,9 faizi Bakıda qeydə alınıb. Bu, o deməkdir ki, Azərbaycana gələn turistlərin 80,9 faizi Bakı şəhərinə üstünlük verirlər. Yəni, ölkəyə gələn hər 10 turistdən cəmi 2-si Bakıdan kənara, rayonlara gedir. Rayonlara daha üz tutulmasının müxtəlif səbəbləri var. Burada həm nəqliyyat məsələsi, həm də turistlərin istirahət etməsi və əylənməsi üçün lazım şərait məsələsi var.
Bəs turistlərin rayonlara üz tutmamasının səbəbi nədir? Turistlərin rayonlara üz tutması üçün orada yerləşən hotellər hansı işləri görməlidirlər?

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi deyir ki, regionları inkişaf etdirmək üçün dövlət müəyyən addımlar atır. Sürətli magistral yolların açılması, yol infrastrukturunun yaxşılaşdırılması, sürət qatarlarının fəaliyyətinin gücləndirilməsi kimi müxtəlif işlər görülüb: “Rayonlarda otellərin işinə təkan verilməsi lazımdır, onlar üçün daha əlverişli biznes şərait yaratmalıyıq. Regionlarımızın turizm potensialını açıqlamalıyıq. Bunun üçün həm təbii, həm də antropogen tipli resurslardan istifadə etməliyik. Təbiətimiz zəngindir, hər guşəsində ölkənin özünəməxsus hansısa abidə var. Təbii və antropogen resursların bəziləri YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb. Bu nüansları önə çəkərək regionların turizm potensialını artırmaq olar”. 

“COP-29”-dan və Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasından irəli gələrək, turizimdə də daha çox ekoloji və davamlı olan turizm fəaliyyətinə diqqət yetiririk. Bunlar da daha çox rayonlarımıza şamil olunur. Bunları önə çıxarmalı və düşünməliyik ki, bu biznes sektorunu daha hansı yollar ilə inkişaf etdirə bilərik” – S.Dübəndi qeyd edib.

Bloger, turizm eksperti Azər İsmayılın fikirlərinə görə, rayonlardakı hotellər xarici və yerli tur operatorları ilə əməkdaşlıq edərək daha çox turist cəlb edə bilərlər:

“Tur şirkətləri daha çox turistin ölkəyə gəlməsini təmin edir. Onlar turistləri rayondakı hotellərə yönləndirə bilərlər. Burada daha çox iş Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun üzərinə düşür. Marketinq və tanıtım işlərini onlar görürlər. Xarici turistlər regionlarımızın turizm imkanlarını tanıdıqca rayonlara səyahət etməyə başlayacaqlar. Düzdür, Turizm Bürosu və Turizm Agentliyi tez-tez xarici ölkələrdə sərgilər keçirir. Bu sərgilər həm Bakıya, həm də digər regionlara gələn turist sayını artırır. Bu sərgilərdə, xarici mediada aktiv olaraq, reklam çarxlar hazırlayaraq və xarici blogerləri Azərbaycana dəvət edərək tanıtım işləri çoxaldıla bilər”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sabah IV sinif şagirdləri üçün monitorinq keçiriləcək

Azərbaycan neftinin qiyməti bahalaşıb

Avro və lirə ucuzlaşdı - Məzənnə

Bakının bu ünvanında binalar söküləcək, yeniləri tikiləcək (FOTO)

Quba və Qusara qar yağır

"Anomal havalar aqrar sahəyə ciddi ziyan vurur" - Ekspert

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda qalmaqal

Keçmiş əməkdaşı Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdi

"XƏMƏCOĞLU AGRO" cərimələnə bilər

"Microsoft" köhnə kompüterlərdə "Edge" vasitəsilə internetə çıxışı qadağan edəcək

“Hökumət evi”ndə 1 milyonluq təmir

Rusiyada qalan Avropa bankları mənfəətlərini üç dəfə artırıblar - Bloomberg

Dövlət qurumu ilə MTK üz-üzə

Alimlər günəş enerjisindən istifadə edərək 1000 °C-dən yuxarı temperatur əldə etdi

"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı

"Kral Təbabət" əhalinin sağlamlıq hüququnu pozur

Ukrayna işığa həsrət qala bilər - YASNO çox çətin dövrün nə vaxt başlayacağını bildirdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat

“Qafqaz Auto” məhkəmə qarşısında

Özəl xəstəxanalara nəzarət mexanizmi - Yeni qurum hansı işləri görəcək? (ŞƏRH)

Estoniya Rusiya aktivlərinin Kiyevə verilməsi haqqında qanun qəbul etdi

Bakının darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

Qarabağ Universitetinə mətbuat katibi axtarılır

Fidan Tofidi departament rəhbəri təyin edildi

Fidan Tofidi departament rəhbəri təyin edildi

Bolqarıstan "Qazprom"dan 400 milyon avro tələb edir

Nazirlikdən yarım milyonluq nəqliyyat sövdələşməsi

Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

Sevdiyimiz, yoxsa gəlirli peşəni seçək?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin