BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8114
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0524
  • 1 İngiltərə funt sterlinqi
    2.1209
46380

Qazax rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və Sahibkarlığın İnkişafı Fondu, İstehlak Mallarının Ekspertizası Mərkəzi və Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı ilə Aqrar Biznes Festivalı keçirilib.  Qazax Olimpiya İdman Kompleksinin ərazisində təşkil edilən festivalda Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirliyinin tabeli qurumları, bank və bank olmayan kredit təşkilatları iştirak ediblər. Türkiyə, Özbəkistan və Qazaxıstanın Azərbaycandakı səfirləri, Şimali Kipr Türk Cümhuriyyətinin ölkəmizdəki nümayəndəsi də festivalı ziyarət edib, şirkətlərin təqdim etdiyi məhsul və xidmətlərlə tanış olublar. 

Tədbirdə çıxış edən natiqlər fermerlərin maarifləndirilməsi istiqamətində bu cür tədbirlərin əhəmiyyətinə toxunub, kənd təsərrüfatı istehsalçılarının aqrar innovasiyalara və maliyyə mənbələrinə çıxışını əlçatan edən bu festivallarda əməkdaşlıq imkanlarının geniş olduğunu vurğulayıblar. 

Qazaxda keçirilən festivalda dövlət qurumları, aqrar sahədə fəaliyyət göstərən özəl şirkətlər fermerlər üçün ən yaxşı qabaqcıl kənd təsərrüfatı təcrübələrini bölüşüblər. Festivalın sərgi bölməsində kənd təsərrüfatlı təyinatlı müasir texnikalar, yeni suvarma texnologiyaları və resurslara qənaət edən effektiv əkin üsulları, bitki mühafizə vasitələri, müxtəlif bitki və tərəvəz toxumları nümayiş olunub. Festivalda Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Göygöl və Gədəbəy rayonlarından fermerlər iştirak edib.

Festival çərçivəsində keçirilən kredit yarmarkasında Aqrar Kredit və İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, bank və bank olmayan kredit təşkilatları tərəfindən fermerlərə güzəştli kreditlər təklif edilib. Fermerlərə aqrar təyinatlı kreditlər və müxtəlif kredit məhsulları barədə ətraflı məlumat verilib.

Fermerlərin maarifləndirilməsi istiqamətində Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Publik Hüquqi Şəxs və Aqrar Xidmətlər Agentliyi Yanında Aqrar Təlim Mərkəzi tərəfindən təlimlər həyata keçirilib. Təlim zamanı mütəxəssislər tərəfindən “Kartofun müasir üsullarla becərilməsi”, “Payızlıq taxıl əkiləcək sahələrin səpinə hazırlanması” mövzularında təqdimatlar keçirilib. Mövzu ətrafında müzakirələr aparılıb, fermerlərin sualları cavablandırılıb.

2024-cü ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tədbirinin çağırışlarının təşviqatı məqsədilə festivalda təbiətqoruyucu və iqlimədost texnologiyalar nümayiş olunub.

Qeyd edək ki, bu il 15-17 may tarixlərində Bakı Ekspo Mərkəzində təşkil ediləcək 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə  “GreenAgroHack” hakaton yarışması keçiriləcək.  Müsabiqə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkənin qabaqcıl ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə kənd təsərrüfatı sahəsi istiqamətində xüsusi proqram təminatlarının hazırlanması, ağıllı həllər, aqrar sahədə innovasiyanın rolu və əhəmiyyətini gənclər arasında təşviq etmək məqsədi daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Birbank taksit kartı ilə ilk alış-verişdə 10% keşbek qazanın ®

Almaniyada asanlıqla iş tapa biləcəyiniz 10 peşə

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşları qəbul edəcək

Nigar Rüstəmliyə TƏBİB-də vəzifə verildi

Nigar Rüstəmliyə TƏBİB-də vəzifə verildi

Sabah hava necə olacaq?

Az qazanıb çox xərcəməyin yolu

“Apple”in süni intellektin inkişafı ilə bağlı “gizli” tədqiqat laboratoriyası var

Yeni gələn işçiyə daha çox maaş verilir?

Uçot dərəcəsinin azaldılması inflyasiyaya necə təsir edəcək?

Üç ayda kolbasa istehsalı 400 tona yaxın artıb

Yerli avtomobillərin istehsalının artması qiymətlərə necə təsir edəcək?

Cənub bölgəsi yeni turizm mövsümünə necə hazırlaşır? – ARAŞDIRMA

Sübhi Kazımov işdən çıxarıldı

Gələn il Azərbaycanda internetin sürəti 50 Mbit/s-yə çatacaq

Rəhbər öz komandasına, işçisi kimi deyil, öncə insan kimi yanaşmalıdır - Mütəxəssis

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaltdı

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaltdı

Dünyanın ən böyük kriptovalyuta birjasının rəhbəri cəzalandırıldı

“Aqrar Sığorta”da geri sayım davam edir - Yığımlar 2,2 mln. manatdan çox azalıb

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən yeni tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır

Avro ucuzlaşsa da, rubl bahalaşdı – Məzənnə

Bitcoin və Etherium 5 faizdən çox ucuzlaşıb - Kriptovalyutaların qiymətləri

Havada toz müşahidə olunur

Azərbaycan neftinin qiyməti cüzi bahalaşıb

Xırdalanda evlər ucuzlaşdı: Mənzillər kütləvi şəkildə satışa çıxarılır

Xırdalanda evlər ucuzlaşdı: Mənzillər kütləvi şəkildə satışa çıxarılır

İbtidai siniflər üçün əlavə yaz tətili başladı

Bakıda küləyin sürəti 20 m/s-dir - FAKTİKİ HAVA

BMW Çindəki zavoda milyardlarla sərmayə qoyacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin