BAKU Azərbaycan
23.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8459
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1606
47268

Koronavirus epidemiyasından sonra turistik məkanlar da əvvəlki imkanlarını bərpa etməkdədir. Xüsusilə vurğulayaq ki, son illər ölkə vətəndaşları daxili turizmə üstünlük verməkdədirlər. Ölkədə turizm imkanlarına və populyarlığına görə cənub bölgəsi, xüsusi ilə Lənkəran-Astara regionu ilk pillələrdə qərarlaşır. 

Valyuta.az Bizimmedia.az-a istinadən xəbər verir ki, ötən turizm ili bölgəyə 813,397 nəfər səfər edib və gecələmə imkanlarından istifadə edib. Lakin bu rəqəm kornavirus epedemiyasından əvvəlki statistikadan hələlik azdır. 2023-cü ildə bölgəyə axışanlar 201,140 manat xərcləyiblər. Təbii ki, bu statistika daxili turizmə aiddir.  

Bəs görəsən, cənub bölgəsində yeni turizm mövsümünə hazırlıqlar necə gedir?

Lənkəran Regional Turizm Mərkəzindən verilən məlumata görə, turizm mövsümünə hazırlıq işlərinə öncədən start verilir: 

“Mehmanxana və mehmanxana tipli obyektlərdə təqdim olunan xidmətlərin beynəlxalq standartlara uyğun təşkilini təmin etmək üçün turizm obyektləri yaradılmış elektron turizm reyestrindən keçməkdədirlər. Yəni tələblərə uyğunluq yoxlanılaraq reysterə bu obyektlərin salınması aparılır. Yerləşdirmə obyektlərində qalan turistlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə Regional Turizm İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq tövsiyələr verilir. Bu il bölgədə yeni turizm marşrutlarının yaradılması ilə bağlı işlərə start verilmişdir, bununla yanaşı yeni turizm məhsulunun yaradılması üzərində də işlər aparılır.

Yeni kəndlər “kənd turizmi” zəncirinə qoşulacaq

Cənub bölgəsi üzrə "Turistik kənd" meyarlarına uyğun ola bilən kəndlərin üzə çıxarılması ilə bağlı araşdırma da davam edir. Məsələn, kənd turizminin inkişafı məqsədi ilə ucqar dağ kəndi olan Astaranın Sım kəndində nişanlama prosesi davam etdirilir. Bununla yanaşı, Lerikin turizm potensialı olan dağ kəndi Bibiyoni kəndində turistik kənd layihəsinin həyata keçirilməsi üzrə ilkin işlərə start verilib. Artıq kəndin turizm potensialının ilkin qiymətləndirilməsi aparılır.

Bölgənin zəngin eko turizm potensialının təbliğ olunması məqsədi ilə bu il Milli Parklarda çoxçalarlı festivalların təşkili planlaşdırılır. Dağ səfərlərini sevənləri bu il bölgədə yeni səfərlər gözləyir. Yeri gəlmişkən, hazırda kənd turizmi forması bölgədə yerləşən xüsusi ilə Lənkəran və Astarada geniş yayılmaqdadır. Hazırda bir günlük kənd həyatından istifadə müxtəlif elanlara əsaslanaraq 30 manatdan başlayır. 

Otellərdə isə xidmətlərin müxtəlifliyi ilə əlaqədar olaraq qiymətlər 20-30 manat arasından-300 manata qədər davam edir. Onu da qeyd edək ki, keçən turizm mövsümündə otellərin bölgə üzrə gəliri 27,439 manat təşkil edib.  

Bəs bölgə turizminin müvafiq kadr ehtiyacı yetərlidirmi?

Turizm sahəsinin dinamik inkişaf edən sahə olmasını nəzərə alaraq bölgədə fəaliyyət göstərən mehmanxana və iaşə obyektlərdə turizm ixtisası üzrə peşəkar mütəxəssislərə ehtiyac ciddidir. Razılaşaq ki, istər daxili, istər xarici turistin qarşılanmasından yola salınmasına qədər prosseslər yüksək səviyyə tələb edir. 

Regional Turizm Mərkəzindən verilən məlumata görə  son illər ərzində inkişaf edən kənd turizmi və aqro turizmin tələblərini nəzərə alaraq kənd qonaq ev sahibləri və aqroturizm təsərrüfatlarının nümayəndələri üçün qısamüddətli təlimlər təşkil olunur. Mərkəz kadrların hazırlanmasında xüsusi təlimlərə üstünlük verir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Zərgərlik sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Prezidentdən Agentliyin fəaliyyəti ilə bağlı fərman

Bakıda bəzi ərazilərin elektrik enerjisi ilə təchizatında fasilələr olacaq

Ehtiyat hissələri satarkən aldatmayın, alarkən isə aldanmayın

Azərbaycanda qızıl sürətlə bahalanır – Son qiymətlər

Azərbaycan üçün Şengen vizasının rüsumu artırılır? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda maaşlar 100 manata qədər artdı

Yaylağa köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti başa çatır

İranda prezident seçkilərinin tarixi təsdiqlənib

İqtisadiyyat naziri: Azad olunan ərazilərdə Özbəkistanla tekstil sahəsində birgə iş planlaşdırılır

Yağış intensivləşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycanda sığorta yığımlarının həcmi 543 mln. manata çatıb

Məşğulluq üçün verilən əmlakın satışı - Dövləti aldatmaq necə “asanlaşıb?” - ARAŞDIRMA

62 ildən sonrakı söküntüdən - Video

62 ildən sonrakı söküntüdən - Video

Azəbaycanla bu ölkə arasında ixtisas diplomları qarşılıqlı tanınacaq

Davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıb

“Özbəkneftqaz” “Şahdəniz” layihəsinə daxil ola bilər

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Parlamentin növbəti iclası mayın 24-də keçiriləcək

Bu qurumun işçilərinə konpensasiya veriləcək

Azərbaycan beynəlxalq təşkilata 1,7 milyon manat üzvlük haqqı ödəyəcək

Bakı aeroportuna işləyən avtobusların intervalı azaldıldı

Bugünkü hərracda tələb 80 milyon dollara yaxın olub

Azərbaycanda xarici investisiyalı MMC-lərin dövlət qeydiyyatı elektron qaydada aparılacaq

COP29-la bağlı vergi güzəştlərinin tətbiq edilməsi təsdiqlənib

Nikahın pozulmasının qeydə alınmasına görə yeni rüsum müəyyənləşir

Bu tarixdən bazarda UCUZLAŞMA OLACAQ - Mənzil almaq istəyənlərin DİQQƏTİNƏ!

Xaricdən aldığımız buğdanın qiyməti ucuzlaşıb – Rəqəmlərdə azalma

Şengen vizasının qiymətləri iyunun 11-dən 12% artacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin