Redaktor
Artıq mahnı dərslərinə ehtiyac yoxdur: Bu işi süni intellekt özü görəcək (VİDEO)
"Google" "YouTube" üçün yeni musiqi parçaları yaratmağı çox asanlaşdıran yeni Dream Track funksiyasını sınaqdan keçirir.
Valyuta.az xəbər verir ki, bunu etmək üçün sadəcə mahnını oxumaq və ya mətn sorğusu yazmaq kifayətdir.
O, "Google"un 2014-cü ildə aldığı süni intellekt şirkəti "DeepMind" ilə musiqi trekləri yaratmaq üçün bir sıra alətlər hazırlamaq üzrə işləyib. Bunlardan birincisi olan "Dream Track" artıq platformada məhdud sayda yaradıcılar üçün əlçatandır. Bu alət daha sonra "YouTube" "Shorts" üçün qısa videolarda istifadə etmək üçün məşhur sənətçilərin üslubunda qısa 30 saniyəlik musiqi trekləri yaratmağa imkan verir.
"YouTube" bloq yazısında "Sizə lazım olan tək şey yaratmaq pəncərəsinə öz ideyanızı daxil etmək və karuseldən sənətçi seçməkdir".
İndi o, bu eksperimentdə iştirak etmək qərarına gələn doqquz sənətçinin (Alec Benjamin, Charlie Puth, Charli XCX, Demi Lovato, John Legend, Papoose, Sia, T-Pain və Troye Sivan) səslərini və üslublarını təqlid edə bilir. Şirkət onun işindən bir neçə nümunə göstərib. Məsələn, bu, amerikalı müğənni və reper Fahim Rəşid Nəcimin (T-Pain) üslubunda R&B janrında Floridada günəşli səhər haqqında trekin səsidir.
"YouTube"un sınaqdan keçirdiyi digər musiqi alətləri sizə sadəcə müəyyən bir melodiyanı zümzümə etməklə trek yaratmağa imkan verir. Bir "YouTube" demo videosunda o, alətinin saksafon solo yaratdığını göstərib. Bunun üçün müəllifin oxuduğu melodiya və “saksafon solo” mətni birləşdirilib.
Nicat
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər10 nəqliyyat vasitəsi satışa çıxarılır - 1 350 manatdan
09.12.2025AFB Bank-ın aktivləri 400 milyon manatı keçdi! ®
09.12.2025Masallıda 10 milyona DOST Mərkəzi tikiləcək
09.12.2025Azərbaycanda gömrük sadələşdirilir? - Yeni sənəd qəbul edildi
09.12.2025Nazir yeni rəis əvəzi təyin etdi
09.12.2025