Redaktor
Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi artırılacaq
Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi artırılacaq.
Valyuta.az-ın məlumatına görə, bu barədə 2024-2027-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyasının əsas prioritetlərində deyilir.
Qeyd edilib ki, ölkə üzrə məktəqədər təhsilin göstəriciləri inkişaf etdiriləcək. Məktəbəqədər təhsilin məzmunu yenilənəcək, pedaqoji və idarəetmə heyətinin peşəkarlığı artırılacaq. Məktəbəqədər təhsilin keyfiyyətinin təminat sistemi yaradılacaq. Nəticədə məktəbəqədər təhsilə cəlb edilən 1-5 yaşlıların payı 50%-ə çatdırılacaq.
Xatırladaq ki, məktəbəqədər təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir.
Məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafı, psixoloji dayanıqlılığı, estetik tərbiyəsi, sadə əmək vərdişlərinə yiyələnməsi, ətraf aləmə, şəxsi sağlamlığın qorunmasına həssas və şüurlu münasibəti, zəruri həyati bacarıqlara yiyələnməsi və şəxsiyyətinin formalaşdırılmasının əsası qoyulur.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBu 5 bank müştərilərə daha yüksək məbləğdə nağd kredit verir
09.12.2025Bakı metrosu sabah daha çox işləyəcək
09.12.2025Birbank Star – xərcləməyi rahatlaşdıran kredit kartı ®
09.12.2025Pensiyalar bu tarixdə ödəniləcək
09.12.2025Bankların dollar alışı azalıb, satışı artıb
09.12.2025Bu şəxslər TikTok-dan milyonlar qazanır
09.12.2025Ağıllı düşünmə qabiliyyətinə malik süni intellekt modelləri 100 dəfə çox enerji sərf edir
09.12.2025Tramp süni intellektlə bağlı vahid qaydaları təsdiqləməyə hazırlaşır
09.12.2025Mehdiyevlərə məxsus şirkətdə qalmaqal: Bir kreditin 31 min manat xərci ola bilərmi? - FOTO
09.12.2025Meşə fındığı ixracı 30%-dən çox artıb
09.12.20252026-da yollara çıxacaq ən güclü 5 lüks avtomobil - FOTO
09.12.2025Sabahın hava proqnozu
09.12.2025