17 yaşlı ustanın 6 salon sahibliyinə gedən yolu - MÜSAHİBƏ

V

Valyuta.az

14.3K подписчиков

Подписаться
712 просмотров 30.07.2025 09:40

Universitetlərə qəbul imtahanında 500-dən çox bal toplasa da, istədiyi ixtisasın ödənişsiz təhsil imkanını qazana bilmir. Ailənin maddi durumu imkan vermədiyi üçün ödənişli təhsil də ala bilmir. Bir növ həvəsdən düşür. Sonra 17 yaşında “oxumursa, sənət sahibi olsun” yanaşması ilə bir gözəllik salonunda işə başlayır. Elə o qapıdan içəri girəndən düşünür ki, bu sahə onluqdur. Beləliklə, bu sahədə özünü inkişaf etdirir. 30 yaşında ilk salonunu açır və bu biznesdə uğurlu ola bilir. Bu gün 6 salon sahibidir. 5-i xanımlara, 1-i isə bəylərə xidmət göstərir.

Söhbət “Beauttech” gözəllik salonları şəbəkəsinin qurucusu Elnarə Nəhmədovadan gedir.

Valyuta.az-ın qonağı olan E.Nəhmədova biznesdə keçdiyi yoldan danışdı, öz təcrübəsini bölüşdü.

Поделиться