Zəng edənin bank əməkdaşı olub-olmadığını yoxlaya bilərsiniz - BANKDAN YENİLİK

Redaktor

29.08.2025 15:51
393

Zəng edənin bank əməkdaşı olub-olmadığını yoxlaya bilərsiniz - BANKDAN YENİLİK ®

Ölkənin birinci bankı Kapital Bank kiberdələduzluqla mübarizə üsullarını genişləndirir. Bank bu dəfə Birbank mobil tətbiqinə yeni funksionallıq gətirib. Artıq müştərilər bank tərəfindən gələn zəngin həqiqətən də banka aid olub olmadığını yoxlaya biləcəklər. Belə ki, müştəriyə bank adından zəng gəldiyi halda o, zəng edən şəxsdən Birbank tətbiqinə bildiriş göndərilməsini tələb edə bilər.

Bu yenilik xüsən dələduzluqla mübarizədə istifadəçilərin köməyinə çatacaq.  Belə ki, sizə Kapital Bank və ya Birbank adından zəng gələr, hər hansısa məhsul təklif olunar və ya kartınızla bağlı problem, hesabınızdan pul çıxarılmağa cəhd olunduğu deyilərsə dərhal aşağıdakı addımları atın.

-  Zəng edən şəxsdən Birbank mobil tətbiqinə bildiriş göndərilməsini tələb edin. Unutmayın bildiriş yalnız Birbank mobil tətbiqnə göndərilə bilər.

-  Daha sonra telefonunuzdakı mobil tətbiqə daxil olun.

-  Zəng edən şəxs həqiqətən bank əməkdaşıdırsa mobil tətbiqdə bunu təsdiq edən bildiriş alacaqsınız. Bildirişdə qeyd edilir: “Dəyərli Birbanklı, bank məhsulunu təklif edən şəxsin bankımızın əməkdaşı olduğunu təsdiq edirik. Bizə güvəndiyiniz üçün təşəkkür edirik”.

-  Mobil tətbiqdə bildiriş aldığınız təqdirdə zəng edən şəxslə danışığınızı davam etdirə bilərsiniz. Əks halda zəngi dərhal sonlandırın.

Bir daha xatırladırıq ki, bank adından edilən zənglərə qarşı həssas yanaşmaq mütləqdir. Unutmayın ki, heç bir bank əməkdaşı müştəriyə xarici nömrədən, sosial şəbəklərdən zəng edə bilməz. Müştəridən kartın son istifadə tarixini, kartın arxasında olan 3 rəqəmli CVV kodu, xüsusən mesajla göndərilən 4 rəqəmli təhlükəsizlik kodunu, yəni OTP kodu istəyə bilməz. Şübhəli hallarla qarşılaşdığınız zaman dərhal müştərisi olduğunuz bankın qaynar xəttinə xəbərdarlıq edin. Hər hansı şübhəli mesaj, zəng və ya sosial media hesabını görsəniz, dərhal müvafiq qurumlara və müştərisi olduğunuz banka bildirin. Beləliklə, başqalarının da kiberdələduzların hədəfinə çevrilməsinin qarşısını ala bilərsiniz.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. 

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...