Redaktor
Yuxu problemini aradan qaldıran 10 startap
Yuxu insan sağlamlığının və həyat keyfiyyətinin ən vacib sütunlarından biri hesab olunur. Zehni aydınlıq, yüksək məhsuldarlıq və emosional sabitlik yaxşı yuxunun nəticəsi olsa da, yuxu vərdişləri müxtəlifdir.
Son illərdə dünyada yuxusuzluq gecə tez-tez oyanmalar və apneya kimi xəstəliklər həm gündəlik həyat keyfiyyətini aşağı salır, həm də uzunmüddətli sağlamlıq riskləri yaradır. Bu ehtiyac fonunda elm və texnologiya yeni həll yolları təklif edir. 2021-ci ildən etibarən yaranmış onlarla startap artıq milyonlarla insana kömək etməyə başlayıb.
Valyuta.az onlar arasında diqqət çəkən 10 Avropa startapını təqdim edir:
1. Eaze (Berlin, Almaniya)
“Eaze” yuxunu yaxşılaşdırmaq üçün Koqnitiv Davranış Terapiyası (CBT) metodunu rəqəmsal həllərlə birləşdirir. İstifadəçilər əvvəlcə yuxu testindən keçir, daha sonra fərdi məşqçi dəstəyi, meditasiya və vərdiş qurma tapşırıqları ilə sağlam yuxu rejimi formalaşdırırlar. Bu yanaşma melatonin və digər yuxu dərmanlarına alternativ hesab olunur.
2022-ci ildə yaradılıb, 1,7 milyon avro investisiya toplayıb.
2. Hapni (Paris, Fransa)
“Hapni” yuxu apnesi və xorultunun diaqnostikası üçün onlayn platforma təqdim edir. İstifadəçilər əvvəlcə həkim nəzarətində testdən keçir, daha sonra evdə yuxu monitorinq cihazı ilə nəticələr toplanır. Mütəxəssislər isə həmin məlumat əsasında düzgün müalicə təklif edirlər.
2022-ci ildə qurulub, 2 milyon avro maliyyə dəstəyi alıb.
3. Moonoa (Barselona, İspaniya)
“Moonoa” yuxusuzluqla mübarizədə CBT-I (insomniya üçün terapiya) yanaşmasından istifadə edir. Proqram meditasiya, vərdiş qurma tapşırıqları, səslər və ASMR texnikası ilə zəngindir. Fərdi məşqçilərin dəstəyi sayəsində daha davamlı nəticələr əldə olunur.
2021-dən fəaliyyət göstərir, 1,4 milyon avro investisiya alıb.
4. Mosanna Therapeutics (Bazel, İsveçrə & Kaliforniya, ABŞ)
“Mosanna” ənənəvi CPAP cihazlarının əvəzinə burun spreyi əsaslı müalicə hazırlayır. Sprey orqanizmin təbii reflekslərini aktivləşdirərək nəfəs yollarını açıq saxlayır və apneya tutmalarının qarşısını alır. Bu, daha rahat və dərmansız alternativ hesab olunur.
Kliniki sınaqlar üçün 68,5 milyon avro maliyyə toplayıb.
5. Oneleaf (Paris, Fransa)
“Oneleaf” yuxu və psixoloji rahatlıq üçün özünü hipnoz proqramı təqdim edir. İstifadəçilər 12 dəqiqəlik audio seanslarla daha tez yuxuya gedə bilirlər. Bu proqram neyroelm və terapevtlərin dəstəyi ilə hazırlanıb.
2022-ci ildə qurulub, 4 milyon avro investisiya əldə edib.
6. Pasithea (Amsterdam, Niderland)
“Pasithea” apneya xəstəliyinin müalicəsi üçün neyrostimulyasiya cihazı hazırlayır. Bu cihaz kinestetik impulslarla nəfəs yollarını açıq saxlayır və xəstələrə CPAP aparatına ehtiyac qalmadan normal yuxu imkanı verir.
İlk klinik nəticələr ümidvericidir. İndiyədək 100 min avro maliyyə alıb.
7. Pulsetto (Vilnüs, Litva)
“Pulsetto” boyunda taxılan vagus siniri stimulyatoru ilə fəaliyyət göstərir. Bu cihaz sinir sistemini sakitləşdirərək ürək döyüntüsünü yavaşladır, stresi azaldır və daha tez yuxuya getməyə kömək edir.
2021-ci ildə təsis olunub, 2 milyon avro maliyyə toplayıb.
8. Seluna (Qlazqo, Şotlandiya)
“Seluna” uşaqlarda yuxu pozğunluqlarının diaqnostikası üçün süni intellekt əsaslı proqram təminatı təqdim edir. Bu texnologiya həkimlərin iş yükünü azaldır və nəticələrin dəqiqliyini artırır.
2022-ci ildə qurulub, 1,1 milyon avro investisiya alıb.
9. Shoorah (Hornchurch, Böyük Britaniya)
“Shoorah” fərdlər və şirkətlər üçün AI əsaslı psixoloji sağlamlıq platformasıdır. Meditasiya, nəfəs məşqləri, gündəlik yazılar və yuxu izləmə funksiyaları təqdim edir. İstifadəçiləri motivasiya etmək üçün rəqəmsal mükafat sistemi də əlavə olunub.
2022-ci ildə yaradılıb, 743 min avro investisiya cəlb edib.
10. Zeus (Petersfield, Böyük Britaniya)
“Zeus” xorultu və yuxu apnesi üçün TENS texnologiyalı cihaz istehsal edir. Bu cihaz dil əzələlərini stimullaşdıraraq nəfəs yollarını açıq saxlayır və daha rahat yuxu imkanı yaradır.
NHS ilə əməkdaşlıq çərçivəsində hazırlanıb, 176 min avro maliyyə əldə edib.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025