Redaktor
Yarandı, tarixə qovuşdu, dünya markasına çevrildi - "BMW"nin maraqlı tarixi - SƏHƏR OXUSU
"BMW" adını demək olar ki, hər kəs eşidib, amma bu üç hərfin arxasında dayanan tarixi çox az adam bilir. Avtomobil sənayesində dəqiqlik və keyfiyyət simvoluna çevrilmiş "BMW" əslində mühərrik istehsalçısı kimi fəaliyyətə başlayıb. Onun adı və mənşəyi isə bir əsrdən artıqdır ki, həm texnologiyanı, həm də alman mühəndisliyinin dəqiqliyini təcəssüm etdirir.
Valyuta.az bu yazıda "BMW"nin necə yarandığı, adının haradan gəldiyi və zamanla necə bir dünya nəhənginə çevrildiyini təqdim edir.
"BMW" adı sürüş zövqünü ifadə edir. Bəs bu abreviatura əslində nəyi ifadə edir və "BMW" adı necə yaranıb?
"BMW" nə deməkdir?
"BMW" abreviaturası "Bayerische Motoren Werke GmbH" ifadəsinin qısaldılmış formasıdır ki, bu da təxminən "Bavariya mühərrik istehsalat şirkəti" kimi tərcümə olunur. Bu ad şirkətin Almaniyanın Bavariya əyalətindəki mənşəyinə işarə edir və "BMW"nin ilkin məhsul çeşidini – müxtəlif tətbiqlər üçün mühərrikləri əks etdirir.
Bu günki "BMW AG"nin kökləri 1913-cü ildə təyyarə mühərrikləri istehsal etməyə başlayan "Rapp-Motorenwerke GmbH" adlı şirkətə dayanır. Birinci dünya müharibəsi zamanı Rapp Alman İmperiyasının hava qüvvələrini mühərriklərlə təmin edirdi. Həmin dövrdə avtomobillər hələ geniş yayılmamışdı, uzun məsafələrə səyahət əsasən qatarla həyata keçirilirdi.
"Rapp Motorenwerke" "BMW"yə çevrilir
"Rapp Motorenwerke" şirkətinin baş ofisi Bavariyanın paytaxtı Münhendə yerləşirdi. Təyyarələrə mühərriklərin quraşdırıldığı zavod da Münhendə yerləşən "Gustav Otto Flugmaschinenfabrik" idi. 1916-cı ildə "Otto" şirkəti müflis olduqdan sonra adı "Bayerische Flugzeugwerke AG" (BFW) olaraq dəyişdirildi. Bir müddət sonra, 1917-ci ildə Rapp da öz adını dəyişərək "Bayerische Motoren Werke GmbH" oldu. "BMW"nin Rapp şirkətindən yaranması onun loqosunda da əksini tapır.

"BMW"nin adı müvəqqəti yox oldu
1918-ci ilin avqustunda "Bayerische Motoren Werke GmbH" səhmdar cəmiyyətə çevrildi. Lakin Birinci dünya müharibəsinin sonu ilə Almaniyaya təyyarə mühərriki istehsalı qadağan edildi və bu sahə dayandırıldı. Bunun nəticəsində BMW diqqətini dəmir yolu əyləcləri və daxili mühərriklərin istehsalına yönəltdi. Bu sahədəki uğur "Knorr-Bremse AG" adlı Berlin mərkəzli əyləc istehsalçısının diqqətini çəkdi və 1920-ci ildə şirkət "BMW"nin əsas səhmdarına çevrilərək onu öz tərkibinə qatdı və Münhenə köçürdü. Beləliklə, "Bayerische Motoren Werke GmbH" müstəqil şirkət kimi müvəqqəti olaraq tarix səhnəsindən çəkildi.
"BMW"nin yenidən qurulması
1922-ci ildə "Knorr-Bremse AG"nin əsas səhmdarı və təyyarə istehsalı üzrə qabaqcıl şəxs "Kamillo Kastilyoni" "BMW "adını, mühərrik istehsal sahəsini, işçiləri, istehsalat obyektlərini və loqonu satın aldı və hər şeyi "Bayerische Flugzeugwerke AG" (BFW) şirkətinə ötürdü. Həmin il şirkət BFW-nin Münhendəki Lerxenauer küçəsindəki zavoduna köçdü və adını yenidən "Bayerische Motoren Werke AG" olaraq dəyişdirdi. Beləliklə, "BMW" adı kommersiya reyestrinə ikinci dəfə daxil oldu.
Bütün bunlar onu göstərir ki, hazırkı "BMW AG" şirkəti "BFW"nin hüquqi varisidir. Şirkətin baş ofisi və əsas zavodu bu gün də Münhendəki keçmiş "BFW" ərazisində, Milbertshofen rayonunda yerləşir. "BMW AG" eyni zamanda "BFW"nin təsis tarixi olan 7 mart 1916-cı ili öz rəsmi quruluş tarixi kimi qəbul edir.
"BMW"nin ilk məhsulları
"BMW"nin ilk motosikleti – R 32 1923-cü ildə bazara çıxarıldı. Ardınca, 1933-cü ildə şirkətin tamamilə özü tərəfindən hazırlanmış ilk avtomobili – BMW 303 əqdim olundu. İkinci dünya müharibəsinin sonu ilə BMW təyyarə mühərriklərinin istehsalını tamamilə dayandırdı.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025