Redaktor
“Xoşbəxtliyin sirri” 1,5 milyon dollara satılıb
Əsrlər boyu insanlar xoşbəxtliyin sirrini axtarıblar. Hər kəs ‘Xoşbəxtlik nədir?’ sualına cavab tapmaq istəyib. Bəziləri bunun üçün xüsusi formulun mövcud olduğunu belə düşünüb, elmi və fəlsəfi araşdırmalar aparıb. Tarix boyunca böyük düşünürlər, alimlər və filosoflar insan həyatının məmnuniyyət və xoşbəxtlik mənbəyini tapmağa çalışıblar.
Valyuta.az xəbər verir ki, “Xoşbəxtliyin sirri” Albert Eynşteynin bir kuryəyə verdiyi yazılı qeydlərdə öz əksini tapıb.
Albert Eynşteynin 1922-ci ildə Yaponiyanın Tokio şəhərindəki Imperial Otelində bir kuryəyə verdiyi yazılı qeydlər, 2017-ci ildə keçirilən hərracda 1,56 milyon dollara satıldı. Bu qeydlər, Eynşteynin "xoşbəxtliyin sirri" ilə bağlı verdiyi məsləhətləri əks etdirirdi.
Hərrac İsrailin Qüds şəhərində, Winner’s Auctions and Exhibitions adlı hərrac evində keçirilib. İlk ən yüksək təklif 1,3 milyon dollar olsada, real alıcı tərəfindən 1,56 milyon dollara satın alınıb. Alıcının anonim bir kolleksiyaçı olduğu bildirilir.
Niyə bu qeydlər bu qədər dəyərli idi?
Eynşteynin öz əli ilə yazdığı qeydlər, onun şəxsi düşüncələrini və həyat fəlsəfəsini əks etdirirdi. Həm də Eynşteynin şəxsi yazıları nadir tapılan əşyalar olduğundan, kolleksiyaçılar üçün yüksək qiymətə sahibdir.
Qeydlərdə nə yazılmışdı?
Qeydlərdə əsasən 2 məzmun başlığı altında fikirlər yazılmışdı.
1. “Sakit və təvazökar bir həyat, davamlı narahatlıqla müşayiət olunan uğur axtarışından daha çox xoşbəxtlik gətirir.”
2. “İstək varsa, yol da vardır.”
Qeyd edək ki, Eynşteyn, 1922-ci ildə Tokioda qalarkən, bir kuryəyə verdiyi bu qeydləri, ona verdiyi xidmətə qarşılıq olaraq yazmışdı.
Eynşteynin bu qeydləri, sadəcə bir yazı parçası deyil, həm də onun həyat fəlsəfəsini və insanlara verdiyi dəyəri simvolizə edir. Bu qeydlərin yüksək qiymətə satılması, həm də Eynşteynin düşüncələrinin zamanla necə dəyər qazandığının bir göstəricisidir.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025