Redaktor
"Xarici səhifələrdə keçirilən lotereyalar tam etibarlı sayılmır"
Şans bəzən hər şeydir və həlledici rol oynayır. Şansın ən çox lazım olduğu yerlərdən biri də lotereya oyunlarıdır. Amma bəzən insanlar ard-arda heç bir oyunda uduş əldə etmədikləri zaman fikirləşirlər ki, oyunda saxtakarlıq var. Bəs həqiqətən lotereya oyunlarında saxtakarlıq mümkündür?
İqtisadçı ekspert Xalid Kərimli Valyuta.az-a açıqlamasında bildirir ki, dövlətin keçirdiyi loto oyunlarda insanları yanıltma və ya saxtakarlıq halları mümkün deyil: “Dövlətin keçirdiyi oyunlara daim nəzarət olunur. Ölkədə dövlət xətti ilə keçirilən lotereyalar “Lotereyalar haqqında” Dövlət Qanunu əsasında təşkil edilir. Qanunda göstərilir ki, lotereyada vətəndaşlardan toplanılan pulun minimum 50 %-i lotereya fonduna verilir. Yəni, lotereyanı təşkil edən qurum öncədən öz qazancını götürmüş olur. Yığılan vəsaitin qalan hissəsi qalib gələn şəxslərə uduş məbləğinə görə bölünür. Qanuna uyğun keçirilən heç bir lotereyada dələduzluq halları yoxdur. Uduşlarda dələduzluq hallarının olmaması üçün müvafiq qurum tərəfindən oyunlara nəzarət edilir”.

İqtisadçının sözlərinə görə, onlayn və xarici səhifələrdə keçirilən lotereyalar isə tam etibarlı sayılmır: “Bu tip lotereyalarda dələduzluq halları ola bilər. Ona görə bu tip lotereyalarla bağlı ehtiyatlı olmaq lazımdır”.
Bəs niyə çox adam qalib ola bilmir? – sualına gəlincə, X.Kərimli bildirdi: “Lotereyada qalib gəlmə ehtimalı təsadüfüdür. Bu oyunlarda 10,000-də bir adam da, 100,000-də bir adam da qalib gələ bilər. Yəni, nəticə şansa bağlıdır”.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025