Redaktor
Xaricdən ən çox vəsait cəlb edən dövlət qurumları CƏDVƏL
Xarici dövlət borcunun dövlət qurumları üzrə strukturu məlum olub.
Valyuta.az xəbər verir ki, 2025-ci il iyulun 1-nə olan məlumata əsasən, Azərbaycanın ümumi xarici dövlət borcu 5,01 milyard ABŞ dolları və ya 8,52 milyard manat təşkil edib. Bu borcun 41,9%-i birbaşa dövlət adından çıxış edən Maliyyə Nazirliyinin öhdəlikləri ilə formalaşıb. Nazirliyin payına 2,10 milyard dollar və ya 3,57 milyard manat düşüb.
İkinci ən böyük borc portfeli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsusdur – 918 milyon dollar və ya 1,56 milyard manat. Onu "Azərbaycan Dəmir Yolları" QSC izləyir – qurumun öhdəliyi 748,3 milyon dollar və ya 1,27 milyard manat təşkil edir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi üzrə xarici borcun həcmi 671,3 milyon dollar, Naxçıvan MR Dövlət Su Ehtiyatları Agentliyi üzrə isə 192 milyon dollar olub. Kənd Təsərrüfatı Nazirliyi 63,5 milyon dollar həcmində borc portfelinə malikdir. Qalan icraçı qurumların payına 444,4 milyon manat ekvivalentində borc düşür.
Beləliklə, borcun 58,1%-i müxtəlif dövlət qurumları tərəfindən həyata keçirilən layihələr və proqramlar üzrə cəlb olunmuş xarici vəsaitlərdir. Bu struktur dövlət zəmanətli layihələrin əhəmiyyətli həcmini və müxtəlif sektorlarda xarici maliyyələşmənin rolunu əks etdirir.

Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025