"WhatsApp"ın qurucusu Jan Koumun yoxsulluqdan milyardlara gedən hekayəsi -

Redaktor

18.08.2025 08:30
372

"WhatsApp"ın qurucusu Jan Koumun yoxsulluqdan milyardlara gedən hekayəsi - SƏHƏR OXUSU

Jan Koum 1976-cı il fevralın 24-də Kiyevdə anadan olub. O, 1992-ci ildə anası və nənəsi ilə birlikdə ABŞ-a köçüb və Kaliforniyanın Mountain View şəhərində sosial yardım hesabına ikiotaqlı mənzildə yaşamağa başlayıb. Uşaqlıqda tez-tez dövlətin təmin etdiyi ərzaq kuponlarından istifadə edən Koum ailəsi maddi cəhətdən çətinliklərlə üzləşib.

Valyuta.az xəbər verir ki, gənc yaşlarından proqramlaşdırmaya maraq göstərən Koum San Jose Dövlət Universitetinə daxil olsa da, təhsilini davam etdirməmiş, “Yahoo!” şirkətində infrastruktura mühəndisi kimi çalışmağa başlayıb.

Məhz burada gələcəkdə iş ortağı olacaq Brian Acton ilə tanış olub.

2009-cu ilin əvvəlində Koum yeni "iPhone" aldı və "App Store"un potensialını gördü. Bu ideya nəticəsində o, fevralın 24-də “WhatsApp Inc.” adlı şirkəti qeydiyyatdan keçirdi. İlk aylarda tətbiqin istifadəçi sayı çox az idi, yalnız bir neçə dostu ondan istifadə edirdi. Lakin elə həmin ilin iyununda “Apple” push bildiriş funksiyasını istifadəyə verdi və Koum bu imkan sayəsində mesajlara dərhal xəbərdarlıq əlavə etdi. Bununla tətbiq sürətlə populyarlıq qazandı və avqust ayında artıq 250 min aktiv istifadəçisi vardı.

Bu uğur Koumun köhnə dostu Brian Actonu da cəlb etdi. Acton keçmiş həmkarlarından 250 min dollar investisiya toplayaraq layihəyə qoşuldu. 2011-ci ildə “Sequoia Capital” şirkəti “WhatsApp”a 8 milyon dollar sərmayə qoydu və qısa müddətdə tətbiq milyonlarla istifadəçiyə çatdı. 2013-cü ilin fevralında aylıq aktiv istifadəçilərin sayı 200 milyona yüksəldi və “Sequoia Capital” şirkətə əlavə 50 milyon dollar yatırdı. Həmin ilin sonunda “WhatsApp” artıq 400 milyon aktiv istifadəçiyə sahib idi.

2014-cü ilin fevralında “Facebook” şirkəti “WhatsApp”ı 19 milyard dollara satın aldı. Bu məbləğ 4 milyard dollar nağd pul, 12 milyard dollar “Facebook” səhmləri və 3 milyard dollar əlavə ödənişdən ibarət idi. Bu, o dövrün texnologiya tarixində ən böyük alışlarından biri hesab olunur.

İstifadəçi bazası isə sürətlə böyüməyə davam etdi. 2014-cü ilin aprelində 500 milyon nəfər ayda aktiv şəkildə tətbiqdən istifadə edirdi. Avqustda bu rəqəm 600 milyona, 2015-ci ilin əvvəllərində isə 700 milyona çatdı. Elə həmin ilin sentyabrında istifadəçi sayı 900 milyona yüksəldi. 2016-cı ilin fevralında isə “WhatsApp” dünyada 1 milyard aktiv istifadəçiyə sahib oldu.

Jan Koum bütün bu uğura baxmayaraq, sadəliyi və təvazökarlığı ilə yadda qalıb. O, daim “no ads, no games, no gimmicks” prinsipinə sadiq qalaraq tətbiqi reklamdan uzaq, istifadəsi sadə və təhlükəsiz platforma kimi inkişaf etdirdi. Onun yoxsulluqdan milyard dollarlıq imperiyaya gedən yolu bu gün də gənc sahibkarlar üçün ən böyük motivasiya mənbələrindən biridir.

Mayya Hüseynova 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Məzənnə

Yüklənir...