Uşaqların adına pul yığmaq üçün ən uyğun banklar hansılardır? -

Redaktor

05.09.2025 09:00
930

Uşaqların adına pul yığmaq üçün ən uyğun banklar hansılardır? - ŞƏRTLƏR

Uşaqların gələcəyini maliyyə baxımından təmin etmək istəyən ailələr üçün banklar müxtəlif yığım əmanəti məhsulları təklif edir.

Valyuta.az bu yazıda "Turan Bank", "Xalq Bank", "Rabitəbank" və "VTB Bank" tərəfindən təqdim olunan "Uşaq yığım" əmanətlərinin əsas şərtləri və üstünlüklərini təqdim edir. 

Qeyd edək ki, hər bir məhsul valideynlərə fərqli müddət, valyuta seçimi və faiz dərəcələri ilə uzunmüddətli qənaət imkanı yaradır.

Turan Bank-ın “Uşaq yığım” əmanəti anadan olmuş gündən 15 yaşa qədər olan uşaqlar üçün açılır və onu valideyn, qəyyum, himayədar, nənə və ya baba idarə edə bilər.

Əmanətin məbləği minimum 100, maksimum 10 000 manat və ya ABŞ dolları ilə müəyyən edilib. Müddəti isə 3 ildən 18 ilə qədərdir. Əgər uşağın yaşı 15-dirsə, yalnız minimum 3 illik əmanət açmaq mümkündür.

Əmanətlər üzrə illik faiz manat üçün 8,5%, dollar üçün isə 2%-dir. Faizlər hər 6 aydan bir əsas məbləğə əlavə olunur və növbəti dövrlərdə bu məbləğə də faiz hesablanır. Əlavə yığım imkanı da var - hər ay minimum 100, maksimum 1000 AZN/USD əlavə edilə bilər.

Qeyd edək ki, əmanətdən vəsait yalnız müddət başa çatdıqda, yəni son tarixdə götürülə bilər. Qismən çıxarışa icazə verilmir.

"Xalq Bank" 18 yaşına qədər uşaqlar üçün nəzərdə tutulmuş "Uşaq yığım" əmanətini təqdim edir. Əmanət 100 AZN/USD/EUR-dan başlayır və müddəti 12 aydır. Faiz dərəcəsi manat üçün 10,25%-dəkdir.

Faizlər müddət sonunda əsas məbləğə əlavə olunaraq kapitallaşır. Əmanət hər il avtomatik uzadılır və artırıla bilər. Qismən və ya vaxtından əvvəl çıxarış mümkün deyil. Əmanət yalnız uşağın adına açılır, 14 yaşdan sonra valideyn icazəsi ilə əməliyyat aparıla bilər.

"VTB Bank" övladlarının gələcəyini düşünən valideynlər üçün "Uşaq yığım hesabı" əmanəti təqdim edir. Əmanət 100 AZN/USD-dan başlayır, müddəti isə 1 ildən 18 ilədəkdir. Faiz dərəcəsi illik 9,25%-dəkdir və faizlər yalnız müddət sonunda ödənilir. Əlavə vəsait qoyuluşu mümkündür - minimum 5 AZN/USD. Əmanət AZN və USD valyutalarında qəbul olunur və “Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, 100 min manatadək sığortalanır.

"Rabitəbank" uşaqlar üçün nəzərdə tutulmuş “Uşaq yığım” əmanəti ilə valideynlərə uzunmüddətli maliyyə planlama imkanı təqdim edir. Əmanət 100 AZN/USD-dan başlayır və maksimum 18 illik (216 ayadək) müddətə yerləşdirilə bilər. Faizlər ildə bir dəfə hesablanaraq əsas məbləğə əlavə olunur və növbəti dövrdə bu məbləğə də faiz hesablanır. Faizlərin ödənişi yalnız müddət sonunda həyata keçirilir. İllik faiz dərəcəsi 5%-dir. Məsələn, 10 000 AZN əmanət yerləşdirildikdə, ümumi faiz gəliri 9 000 manat, orta aylıq gəlir isə 41,66 manat təşkil edir. Əmanət istənilən vaxt artırıla bilər və "Əmanətlərin Sığortalanması Fondu"nun (ƏSF) qaydalarına uyğun şəkildə sığortalanır. Əmanət hesabı açmaq üçün valideynlərin və uşağın şəxsiyyətini təsdiqləyən sənədlər, eləcə də uşağın doğum haqqında şəhadətnaməsi tələb olunur.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...