Redaktor
TuranBank “Yaşıl ASAN” proqramı çərçivəsində ekoloji layihəni uğurla başa vurub®
Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC “ASAN Könüllüləri”nin "Yaşıl ASAN" ekoloji proqramı çərçivəsində kağız tullantılarının toplanması və onların təkrar emalına yönəlmiş ekoloji layihəni uğurla həyata keçirib.
Belə ki, ekoloji layihə çərçivəsində TuranBank-a məxsus satış nöqtələrində və Baş ofisində ətraf mühitin mühafizəsi, kağız israfının qarşısının alınması və təkrar emal prosesinin təşviqi məqsədilə kağız tullantılarının toplanması üçün xüsusi təkrar emal qutuları yerləşdirilib. Layihənin əsas məqsədi ağacların qorunmasına, ekoloji tarazlığın saxlanılmasına və əhalidə ekoloji məsuliyyət hissinin artırılmasına töhfə verməkdir.
Məlumat üçün bildirək ki, "Yaşıl ASAN" ekoloji proqramı çərçivəsində indiyədək 2 200 tondan çox kağız tullantısı toplanaraq təkrar emala göndərilib. Bu təşəbbüs sayəsində 37 400-dən artıq ağacın kəsilməsinin qarşısı alınıb. Bu göstəricilər həm təbiətin qorunması, həm də ekoloji dayanıqlığın təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, TuranBank ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirəcək və planetimizin mühafizəsi üçün mübarizədə, ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak edəcəkdir.
TuranBank
Bizimlə etibarlıdır…
{gallery}
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərRusiyaya məhsul ixracında milyardlıq azalma
17.03.2026
Vüsal Mahmudov müşavir təyin olundu
17.03.2026Dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkələr
17.03.2026Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların həcmi azalıb
17.03.2026Azərbaycanda ən aşağı sürətli internet provayderləri açıqlanıb
17.03.2026Bakı üçün yeni seriya buraxıldı
17.03.2026Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - CƏDVƏL
17.03.2026
Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?
17.03.2026İstifadəçilərin abunəliyi ləğv etməsini çətinləşdirən proseslərə görə 75 milyon dollar cərimə olundu
17.03.2026Emil Əhmədov müavin təyin edildi
17.03.2026Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib
17.03.2026