Redaktor
Trampdan "Apple" rəhbərinə sərt sözlər: "Sənə həqiqətən yaxşı davrandıq"
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, "Apple" şirkətinin məhsullarını Hindistanda istehsal etməsinə qarşıdır və istehsalın ABŞ-a köçürülməli olduğunu bildirib.
Valyuta.az xəbər verir ki, Tramp "Apple" rəhbəri Tim Kukla görüşünə dair açıqlama verərək deyib:
"Dünən Tim Kukla kiçik bir problem yaşadım". O, "Apple" şirkətinin Hindistanda istehsal fəaliyyətini istəmədiyini qeyd edib.
Tramp fevral ayında "Apple"ın ABŞ-a 500 milyard dollar sərmayə qoyacağına dair vədini xatırladaraq deyib.
"Ona dedim ki, dostum, sənə çox yaxşı davrandım. 500 milyard dollarla bura gəlirsən, amma indi Hindistanın hər yerində tikinti apardığını eşidirəm. Hindistanda tikinti aparmanı istəmirəm", deyə Tramp bildirib.
"Apple" şirkəti, flaqman "iPhone" modellərinin təxminən 90 faizinin yığıldığı Çindən asılılığı azaltmaq üçün qarşıdakı bir neçə il ərzində qlobal "iPhone" istehsalının təxminən 25 faizini Hindistana köçürməyi planlaşdırırdı.
CNBC-də yayımlanan xəbərə görə, Tramp sözlərinə belə davam edib: "Timə dedim ki, "Tim, bax, sənə həqiqətən yaxşı davrandıq, illərlə Çində inşa etdiyin bütün zavodlara dözdük, indi isə bizim üçün inşa et. Sənin Hindistanda inşa etməyin bizi maraqlandırmır, Hindistan öz başının çarəsinə baxa bilər... Biz istəyirik ki, sən burada inşa edəsən".
Tramp "Apple"ın istehsalı ABŞ-a köçürməsini istədiyini vurğulayıb.
ABŞ prezidenti "Apple"ın ABŞ-da istehsalı artıracağını desə də, əlavə təfərrüat verməyib.
Tramp Vaşinqtonun Hindistanla genişmiqyaslı ticarət əlaqələrinə də toxunub. O, Hindistanın dünyanın ən yüksək gömrük rüsumları tətbiq edən ölkələrindən biri olduğunu bildirib və bu ölkənin ABŞ-a qarşı gömrük rüsumlarını tamamilə aradan qaldırmaq təklifi verdiyini deyib.
Ağ Evin aprel ayında təqdim etdiyi ticarət proteksionizmi siyasəti çərçivəsində Tramp Hindistandan gətirilən mallara 26 faiz gömrük rüsumu tətbiq edildiyini açıqlayıb, lakin bu rüsumun iyul ayına qədər müvəqqəti olaraq azaldıldığını əlavə edib.
"Apple"ın Hindistandakı əsas yığım tərəfdaşı olan Tayvanın "Foxconn" şirkəti, "HCL Group" ilə birgə müəssisə yaradaraq bazar ertəsi günü Hindistan hökumətindən ölkədə yarımkeçirici fabriki qurmaq üçün icazə alıb.
"Apple" təchizat zəncirini Çində qurmaq üçün on illərlə vaxt sərf edib. Lakin ABŞ-lı texnologiya nəhəngi istehsal gücünü genişləndirmək üçün Vyetnam və Hindistan kimi digər ölkələrə yönəlib.
Ekspertlər hesab edirlər ki, "iPhone" istehsalının ABŞ-a köçürülməsi son məhsulun qiyməti baxımından olduqca aşağı ehtimallıdır. Müxtəlif təxminlər ABŞ-da istehsal olunacaq bir “iPhone”un qiymətinin 1.500 ilə 3.500 dollar arasında olacağını göstərir.
Hazırda “Apple” ABŞ-da çox az məhsul istehsal edir. Texnologiya nəhəngi hazırda “Mac Pro” kompüterini ABŞ-da istehsal edir. Şirkət həmçinin fevral ayında “Apple Intelligence” adlı süni intellekt sistemi üçün server istehsal etmək məqsədilə Texasda bir istehsal müəssisəsi açacağını açıqlayıb.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda virtual kartların sayı 24 % artıb
12.03.2026İrandan Azərbaycana gətirilən portağalda rəngləyici maddə aşkarlandı
12.03.2026DVX-nin Baş İdarəsinə rəis və rəis müavini təyinatı oldu
12.03.2026Azərbaycanın ödəniş bazarı iştirakçıları ötən il 63 milyard manatlıq əməliyyat aparıb
12.03.2026AMB: Ötən il nağdsız ödənişlərin ümumi məbləği 100 milyard manata yaxın olub
12.03.2026Alüminiumun qiyməti bahalaşdı
12.03.2026Müharibə bazarlara zərbə vurur: Dollar möhkəmləndikcə qızıl ucuzlaşır
12.03.2026Türkiyəyə 232 manata satdığımız məhsulu Rusiyaya 2544 manata satmışıq
12.03.2026Rabitəbank Xankəndidə “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil edib ®
12.03.2026"AzerGold" sədri özünə 10-cu müşavir təyin etdi - FOTO
12.03.2026Süni intellekt startapı 550 milyon dollar investisiya alıb
12.03.2026Dövlət büdcəsinə aid vəsaitlərdən təyinatı üzrə istifadə etməyənlər cərimələnəcəklər - MƏBLƏĞ
12.03.2026Nazir müşavirlərindən birini vəzifəsindən azad etdi
12.03.20265 875 nəfər Azərbaycanda müvəqqəti yaşamaq üçün müraciət edib
12.03.2026Azərbaycanda yenilik: Adamlar özlərinə könüllü kredit qadağası qoyacaqlar - DETALLAR
12.03.2026