Trampdan "Intel" rəhbərinə tərif: Savaş başa çatdı?

Redaktor

12.08.2025 14:05
185

Trampdan "Intel" rəhbərinə tərif: Savaş başa çatdı?

ABŞ prezidenti Donald Tramp "Intel"in baş direktoru Lip-Bu Tana təriflər yağdıraraq birlikdə işləyəcəklərini bildirib. Halbuki Tramp bir neçə gün əvvəl Tanın istefasını tələb etmişdi.

Valyuta.Az xəbər verir ki, Tramp ötən günlərdə istefasını istədiyi Lip-Bu Tanla Ağ Evdə görüşüb. Görüşdə ticarət naziri Hovard Lutnik və xəzinədarlıq naziri Skott Bessent də iştirak edib. Bu görüş, prezidentin qısa müddət əvvəlki sərt tənqidlərindən sonra açıq şəkildə ton dəyişikliyi kimi qiymətləndirilir.

"Bay Lip-Bu Tan ilə görüşdüm... Toplantı olduqca maraqlı keçdi. Onun uğur hekayəsi təsirlidir", deyə Tramp "Truth Social" paylaşımında yazıb. 

O, Tanın gələn həftə kabinet üzvləri ilə birgə işləyərək özünə təkliflər təqdim edəcəyini də vurğulayıb.

"Intel" sözçüsü görüşü təsdiqləyib və bunu "açıq və konstruktiv" müzakirə adlandıraraq, əsas diqqətin ABŞ-ın texnologiya və istehsalat sahəsində liderliyini gücləndirməyə yönəldiyini bildirib.

Mart ayında baş direktor olan Tan, əvvəllər rəhbərlik etdiyi "Cadence Design" şirkətindəki bir məhkəmə işi və Çinlə əlaqələri səbəbindən senator Tom Kotton tərəfindən sorğu-sual edilmişdi. Ötən həftə isə Tramp Tanı "çox ciddi maraq toqquşması içində" olmaqda ittiham edərək istefasını tələb etmişdi.

Bu arada Tramp administrasiyası yarımkeçirici sektorunda sərt mövqeyini qoruyur. "Nvidia", Çinə satış edə bilmək üçün ABŞ hökumətinə satışlarının 15 faizini ödəmə qarşılığında ixrac lisenziyası alıb. Tramp əvvəlcə bu faizi 20 olaraq tələb etdiyini, lakin ötən cümə "Nvidia"nın baş direktoru Censen Huanla görüşdən sonra rəqəmi aşağı saldıqlarını deyib.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...